Mark Esper
III Dünya savaşı ərəfəsində Rusiya-ABŞ münasibətlərindən danışarkən, 2018-ci il Helsinki sammitinə də mütləq toxunmaq lazımdır. Söhbət
16 iyul 2018-ci il tarixində Donald Tramp [199] prezident seçildikdən sonra Rusiya və Amerika prezidentləri arasında keçirilən ilk tam formatlı görüşdən gedir. Bu görüşün təşəbbüskarı Donald Tramp idi.
Danışıqlar zamanı beynəlxalq problemlər, həmçinin Rusiya-Amerika münasibətləri ilə bağlı məsələlər müzakirə edildi. Hər iki prezident dövlətlərarası münasibətlər sahəsində pisləşən münasibətləri yaxşılaşdırmaq və məqbul etimad səviyyəsini bərpa etmək istəklərini ifadə etdilər. Ancaq buna nail olunmadı (Разминочный саммит.., 2018).
Sammitdən sonra Donald Trump Qərb mediası və ABŞ Konqresindəki rəqibləri (həm Demokratlar, həm Respublikaçılar) tərəfindən Rusiya liderinə qarşı sərt mövqe sərgiləmədiyi üçün sərt tənqid edildi (Трамп предпочел.., 2018; Позорная страница.., 2018; Маккейн назвал.., 2018; Синдром помешательства.., 2018).
İyulun 25-də ABŞ Dövlət Departamenti ABŞ-ın Krımı Rusiyanın bir hissəsi kimi tanımadığını bildirərək, Krım Bəyannaməsini verdi. Amerika hakimiyyəti Rusiyanı Krımın işğalına son qoymağa və beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşmağa çağırdı (В США выпустили.., 2018).
İki ölkə arasındakı münasibətlərin daha da gərginləşməsinə 2018-ci ilin 15 iyulunda, Putin və Tram görüşünün tam ərəfəsində Rusiya kəşfiyyatçısı Mariya Butinanın həbsi və zindana salınması oldu (Дело Бутиной.., 2018; Владимир Козловский, 2018). Rusiya Xarici İşlər Nazirliyi bununla əlaqədar bəyan etdi ki, Butinanın həbsi iki ölkə prezidentləri arasında görüşün effektliliyini azaltmaq məqsədilə həyata keçirilmişdir (Дарья Коржова, 2018).
Dostları ilə paylaş: |