İslam dövlətinin döyüşçüləri ABŞ rəhbərliyi, 2017-ci ilin sonunda Rusiya tərəfindən təklif edilən, Türkiyə və İran tərəfindən dəstəklənən Soçidə Suriyaarası milli dialoq forumunun keçirilməsi fikrinə mənfi reaksiya verdi. Lakin Konqresin təsirinin nəticəsi olaraq, Tramp administrasiyası öz mövqeyini yumşaltmaq məcburiyyətində qaldı. Belə ki, dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi vəzifəsini icra edən David Sutterfild Soçidəki görüşün Cenevrədən yayınacaq ayrı bir yol yaratmdığını və Birləşmiş Millətlər Təşkilatının səlahiyyətlərinə meydan oxumaq təhlükəsi törətmədiyini bildirdi. Diplomat sözlərinə onu da əlavə etdi ki, ABŞ Suriyadakı nizamlanma məsələsi ilə əlaqədar Rusiya ilə "yaxın təmasları" davam etdirəcəkdir.
12 yanvar 2018-ci il tarixində ABŞ, Böyük Britaniya, Fransa, İordaniya və Səudiyyə Ərəbistanı Vaşinqtonda toplanaraq, Suriyanın gələcək hökumətinin formalaşdırılması üçün zəruri hesab etdikləri prinsipləri işləyib, öz aralarında razılaşdırdılar. Həmin dövrdə mediada yayılan məlumatlara görə, bu qeyri-rəsmi sənəd Suriyanın parlament-prezident respublikasına çevrilməsini, ölkənin mərkəzsizləşdirilməsini və və müharibədən sonrakı yenidənqurma proseslərinin xarici nəzarət altında həyata keçirilməsini əhatə etməkdə idi (Сочи признали.., 2018).
2018-ci il fevralın əvvəlində Rusiyanın “Vaqner” qrupunun böyük bir dəstəsi ABŞ-ın nəzarətində olan Deyr əz-Zor əyalətinə hücuma keçdi və ABŞ hərbiçiləri tərəfindən zərərsizləşdirildi. Müxtəlif mənbələrə görə, rus qüvvələri arasında itkilərin sayı 200 nəfərə qədər idi. ABŞ rəsmiləri bəyan etdilər ki, ABŞ qüvvələri "təcavüz aktına" cavab olaraq özünümüdafiə hüququndan istifadə ediblər. Vurulan zərərlərin miqyası və Rusiya vətəndaşlarının öldürülməsi və çox sayda yaralananların olması Rusiya rəhbərliyi tərəfindən sükütla qarşılandı. Hadisənin üstü örtülməyə çalışıldı (Сирийские отряды.., 2018). Rusiya Müdafiə və Xarici İşlər nazirlikləri Rusiya qoşunlarının bu hadisəyə guya qarışmadıqlarını vurğuladılar. ABŞ rəhbərliyinin nümayəndələri isə öz növbəsində bu hadisəni ABŞ-ın Rusiyanın Suriyadakı hərəkətlərinə sərt mövqeyinin sübutu kimi qələmə verdilər.