Bəxtiyar Tuncay III dünya savaşi giRİŞ



Yüklə 2,93 Mb.
səhifə42/105
tarix01.01.2022
ölçüsü2,93 Mb.
#102794
1   ...   38   39   40   41   42   43   44   45   ...   105
USS Sullivans
Sentyabrın 17-də Rusiya və Türkiyə prezidentləri arasında aparılan danışıqlardan sonra İdlib vilayətində vəziyyətin sabitləşdirilməsinə nail olundu, rejim qoşunları ilə silahlı müxalifət arasında təmas xətti boyunca silahsızlaşdırılmış zonanın yaradılması barədə Memorandum imzalandı və beləcə gərginlik aradan qaldırıldı (Иран заявил.., 2018; Трамп поблагодарил.., 2018).

Sentyabrın 28-də ABŞ Dövlət Katibliyinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri, ABŞ və tərəfdaşlarının Suriya hakimiyyəti üçün "təcrid strategiyası", o cümlədən prezident Bəşər Əsəd yeni Konstitusiya layihəsi üzərində işləməyəcəyi təqdirdə Suriyaya sərt beynəlxalq sanksiyalar tətbiq edəcəyini söylədi: "BMT Təhlükəsizlik Şurası onları təsdiq etməsə belə, biz bunu sadəcə Avropa Birliyi vasitəsilə edəcəyik, bunu Asiya müttəfiqlərimiz vasitəsilə edəcəyik." Bu hərəkətlərin məqsədi, Cefrinin fikrincə, Bəşər Əsəd rejiminin həyatını "mümkün qədər dözülməz" etməkdir (США пригрозили.., 2018).

Oktyabrın ortalarında NBC, ABŞ prezident administrasiyasındakı bir neçə mənbəyə istinadən, Donald Trumpın İranın Suriyadan sıxışdırılması üçün yeni bir strategiya hazırladığını, Suriya qərb bölgələrinin bərpasına kömək etməkdən imtina etdiyini söylədi. Bildirdi ki, “burada İran və Rusiya qüvvələri var. Suriyanın qərb bölgələrinin bərpasında iştirak edən Rusiya və İrandakı şirkətlərə qarşı da sanksiyalar planlaşdırılır. Eyni zamanda ABŞ və digər Qərb ölkələri ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələrinin yerləşdiyi Fərat çayının şərq sahilindəki ərazilərin iqtisadiyyatının bərpasını aktiv şəkildə maliyyələşdirirlər”.

Dekabrın 19-da Birləşmiş Ştatlar növbəti dəfə ABŞ qoşunlarının Suriyadan çıxarılacağını elan etdi. Prezident Trampın sözlərinə görə, əsas vəzifə İslam Dövlətinin məhv edilməsidir. Eyni zamanda, ABŞ administrasiyasının sözçüsü Sarah Sandersin sözlərinə görə, ABŞ və müttəfiqləri Rusiyanı "radikal islam terrorçularını ərazidən məhrum etmək, maliyyələşdirmə, dəstək və sərhədlərdən hər hansı bir nüfuz vasitəsini çıxarmaq üçün" birlikdə çalışmağa davam edəcəklər. Rusiya Xarici İşlər Nazirliyi Donald Trampın Suriyada "siyasi həll üçün real perspektivlər" yaratdığını söyləyərək, onun bu qərarını dəstəklədi (В шаге от войны, 2018).




Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin