Pyotr Poroşenko
Minsk razılaşması əsasında “Normand formatı” (Rusiya, Ukrayna, Almaniya, Fransa) prosesinin dalana dirənməsindən istifadə edən Ukrayna 2017-ci ildən etibarən siyasi kursunu Donald Tramp administrasiyası istiqamətinə döndərmişdi (Ближневосточное.., 2018). Ukrayna prezidenti Pyotr Poroşenkonun Vaşinqtona səfəri zamanı Ukraynaya ABŞ antrasitinin çatdırılması barədə razılıq əldə edilmişdi. İyulun 7-də “Normand formatının” qatı əleyhdarlarından olan Kurt Uolker ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi oldu. O, bu formatın Rusiyaya sərf etdiyi fikrində idi (Рекс Тиллерсон заглянул.., 2017).
İyulun 10-da Reks Tillerson Kiyevdə ikən Kurt Uolkeri təmsilən bildirdi ki, “ABŞ-ın məqsədi böhranın başlanğıcından etibarən 600 milyon dollar yardım etdiyimiz Ukraynanın ərazi bütövlüyünü və birliyini bərpa etməkdir. Rusiyanın rəhbərləri ilə diskussiyalarımda mən dəfələrlə bəyan etmişəm ki, gərginliyin azaldılması üçün ilk addımı Moskva atmalı, atəşkəsi təmin etməli və ağır silahları çıxartmalıdır... Biz Minsk razılaşması sahəsində irəliləyişin olmamasından məmnun deyilik, Rusiyanı onun şərtlərinə, xüsusən də separatistlərin atəşkəsə əməl etmələrinə nail olmaq şərtinə əməl etməyə çağırırıq. AB və ABŞ-ın sanksiyaları şərtlərə əməl edincəyə qədər sürəcək” (Рекс Тиллерсон заглянул.., 2017).
Dostları ilə paylaş: |