Bəxtiyar Tuncay III dünya savaşi giRİŞ



Yüklə 2,93 Mb.
səhifə46/105
tarix01.01.2022
ölçüsü2,93 Mb.
#102794
1   ...   42   43   44   45   46   47   48   49   ...   105
FGM-148 Javelin
2018-ci ilin iyulunda Pentaqon “Raytheon – Lockheed” şirkətinə bir qisminin Ukraynaya göndərilməsi nəzərdə tutulan “Yavelin” raketlərinin istehsalı üçün sifariş verdi. Avqustun sonunda isə Ukraynanın ABŞ-dakı səfiri Valeriy Çalıy bildirdi ki, onun ölkəsi Amerikadan 3 ədəd HHM sisteminin alınması barədə müraciət etmişdir. Ukraynanın PUA və RLS-lərə ehtiyacı var. Bu ehtiyaclar P. Poroşenkonun D. Tramp və onun məsləhətçisi C. Boltonla görüşü zamanı da dilə gətirilmişdir (Украина намерена купить.., 2018).

2018-ci ilin martında K. Uolker bəyan etdi ki, qondarma Donetsk və Luqansk “respublika”ları Ukraynanın konstitusiyasına zidd olduğu səbəbindən ləğv edilməlidirlər. Onun sözlərinə görə, bu “respublika”lar Moskva tərəfindən Rusiyanın işğalçılıq siyasətinin ört-basdır edilməsi məqsədilə yaradılmışdır (Курт Волкер заявил.., 2018). Onun bu sözləri Rusiyanın sərt reaksiyasına səbəb oldu (Конфликт в Донбассе.., 2018).

Həmin ilin 25 iyulunda ABŞ Dövlət Departamenti dövlət katibi Mayk Pompeonun “Kırım deklarasiyası”nı yayınladı. Deklarasiyada bir daha vurğulanırdı ki, ABŞ Ukraynanın ərazi bütövlüyünün bərpası üçün əlindən gələn hər şeyi edəcəkdir. Pompeo Rusiyanın Kırımı işğal etməsini pisləyərək qeyd etdi ki, Ukraynanın ərazi bütövlüyü bərpa edilmədikcə sanksiyalar qüvvədə qalacaq (Крымская декларация.., 2018).

2019-cu ilin yazında Rusiya qondarma Donetsk və Luqansk “respublika”ları sakinlərinin Rusiya vətəndaşlığını əldə edə bilmələri üçün sadə qaydalar tətbiq etdi. Bu Amerika tərəfinin sərt tənqidlərinə səbəb oldu. K. Uolker bu addımın Minsk razılaşmasının həyata keçirilməsini çətinləşdirdiyini söyləyərək bəyan etdi ki, Donbas Ukrayna ərazisidir və mütləq Ukraynanın nəzarətinə qayıtmalıdır (ДНР и ЛНР.., 2019).

2019-cu ilin yazında Vladimir Zelenskinin Ukraynada prezident seçkilərində qalib gəlməsindən sonra “Valasz Online” adlı macar İnternet KİV-nə müsahibə verən K. Uolker Ruriya ilə münaqişənin Ukrayna ərazilərinin itirilməsi hesabına həll edilməsinə girişəcəyi halda yeni prezidentin xalq etimadını itirə biləcəyi barədə onu xəbərdar etdi. Uolker böhranın həllinin BMT sülhməramlılarının Donbasa göndərilməsindən keçdiyinə əminliyini ifadə edərək rəsmi Kiyevi islahatlara davam etməyə çağırdı (2).


Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin