05.02.2020.
Amerika Birləşmiş Ştatları tezliklə silahlara nəzarətlə bağlı Rusiya ilə danışıqlara başlayacaq. Bunu ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Robert Obrayn deyib: "Lazımi məqamlarda Rusiyaya qarşı çıxacağıq, lakin eyni zamanda, silahlara nəzarətə dair danışıqlara da başlayacağıq. Rusiya vacib ölkədir, dünyada vacib bir qüvvədir. Bunun səbəblərindən biri də onların 1400-dən çox aktiv nüvə başlığına sahib olmasıdır".
ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri əlavə edib ki, onun ölkəsi Rusiya ilə dialoq qurmaq niyyətindədir (Lazımi məqamlarda.., 2020).
Dostları ilə paylaş: |