Bəxtiyar Tuncay III dünya savaşi giRİŞ



Yüklə 2,93 Mb.
səhifə59/105
tarix01.01.2022
ölçüsü2,93 Mb.
#102794
1   ...   55   56   57   58   59   60   61   62   ...   105
07.02.2020.

ABŞ Müdafiə Naziri Mark Esper Rusiya və Çini "revizionist dövlətlər" adlandırıb. Con Hopkins Universitetində çıxış edən Pentaqon rəhbəri Moskva və Pekinin dünya nizamını dəyişdirməyə çalışdıqlarını bildirib.

Onun sözlərinə görə, hər iki ölkə strateji mənfəət əldə etmək üçün qonşu dövlətlərin suverenliyini pozur.

O, Rusiyanı "hibrid müharibə taktikası" və kiber əməliyyatlardan istifadə etməkdə ittiham edib (ABŞ Rusiya və Çini.., 2020).



11.02.2020.

ABŞ-ın yeni 2020-2022-ci illər üçün əks-kəşfiyyat strategiyasında Rusiya və Çin ABŞ-a qarşı yönəlmiş ölkələr adlandırılıb. Əsas tendensiyalar arasında sənəddə “ABŞ-a qarşı yönəlmiş aktyor sayının artması” qeyd edilib. Bunların arasında, ilk növbədə Rusiya və Çin göstərilir.

“Rusiya və Çin, ABŞ-ı hədəfə almaq üçün milli gücün bütün vasitələrindən istifadə edərək və müasir kəşfiyyat imkanlarının genişliyinə görə qlobal miqyasda hərəkət edirlər” deyilir.

Qalan rəqiblər Kuba, İran və Şimali Koreya, terror təşkilatları – İŞİD və Əl-Qaidə, transmilli cinayətkar və ideoloji təşkilatlardır.

Bundan əvvəl Rusiya Federasiya Şurasının Beynəlxalq komitəsinin üzvü Oleq Morozov ABŞ-ın Rusiyaya qarşı çıxacağını bildirmişdi, çünki Moskva Vaşinqtonun əsas rəqibi kimi çıxış edir (Babək Göyüş, 2020).


Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin