Bəxtiyar Tuncay III dünya savaşi giRİŞ



Yüklə 2,93 Mb.
səhifə78/105
tarix01.01.2022
ölçüsü2,93 Mb.
#102794
1   ...   74   75   76   77   78   79   80   81   ...   105
Syuzan Rays
Onun sözlərinə görə, etiraz aksiyalarında həm dinc etirazçılar, həm də ekstremistlər iştirak edir. Rays hesab edir ki, Moskva ənənəvi planı üzrə hərəkət edir: “Rusların sosial şəbəkələr vasitəsilə hər iki tərəfi qızışdırğını bilsəm, təəccüblənmərəm. Moskvanın onları hər hansı bir yolla maliyyələşdirdiyi də üzə çıxsa, təəccüblənmərəm”.

Bununla yanaşı o, müsahibəsində bu məsələ ilə bağlı kəşfiyyat birliyindən heç bir məlumat almadığını, yalnız öz şəxsi təcrübəsinə əsaslandığını deyib.

ABŞ-ın CNN telekanalının efirində bundan əvvəl də Rusiyanın ünvanına oxşar ittihamlar səsələndirilib. Mayın 30-da efirə çıxmış ekspertlərdən biri ABŞ-da baş verən qanunsuzluqlarda “Rusiya izi” olduğundan şübhələnmişdi. O, etirazlarda rus agentlərinin və ya “Ağdərililərin üstünlüyü qruplaşması”nın iştirak etdiyini bildirmişdi. Ekspert rusların 2016-cı ildəki seçkilərdə özlərini qara fəallar kimi göstərdiyini və ola bilsin ki, indiki iğtişaşlarla da əlaqəli olduqlarını güman edib.

Telekanaldakı bu müzakirədən sonra ABŞ prezidenti Donald Tramp Rusiyanı müdafiəyə qalxdı və CNN-ni tənqid etdi.

Hazırda polisin həbs zamanı kobudluğu nəticəsində qaradərili mühafizəçi Corc Floydun ölümündən sonra ABŞ-ın on şəhərində başlanan iğtişaşlar davam edir. Polis zorakılığına qarşı Los-Angeles, San-Francisco, Denver, Nyu-York, İndianapolis, Boston, Detroyt, ABŞ-ın digər şəhərlərində və hətta Kanadanın Toronto şəhərində yürüşlər keçirilir.

ABŞ hökuməti polislə istənilən toqquşmanı və ya onlara qarşı təhlükəni daxili terror aktları kimi qəbul edəcəyini bildirib. Belə qarşıdurmaların birində iki polis güllə yarası alıb, onlardan biri dünyasını dəyişib (Qorxmaz A., 2020).     




Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin