10.06.2020.
ABŞ Konqresinin Təmsilçilər Palatasının bir qrup respublikaçı nümayəndəsi Rusiyaya qarşı sanksiyaları kəskin sərtləşdirmək təklifi ilə çıxış etmişlər. Onların ABŞ-a xaricdən təhlükələr barədə hazırladıqları məruzədə deyilir ki, bu sanksiyaların tətbiqi Amerikanın maraqlarına Liviyadan tutmuş Suriyaya, İrandan Ukraynaya və İngiltərədəki Solsberiyə, Aralıq dənizindən Cənubi Çin dənizinə qədər zərbə vuran Kremli cilovlamaq məqsədilə lazımdır.
Sənəsin “The Washington Exaniner” qəzetində dərc edilmiş hissələrindən belə aydın olur ki, Cənubi Karolinadan seçilmiş Co Uilson və Luiziana təmsilçisi Mayk Conson Rusiyanı İslam Keşikçiləri Korpusuna, Livanın “Hizbullah” Hərəkatına, Rusiyada qadağan edilmiş “Taliban” qruplaşmasına, eləcə də 2020-ci ildə Dövlət Departamenti tərəfindən terrorçu təşkilatlar siyahısına salınmış sağ radikal “Rus İmperiya Hərəkatı”na verdiyi dəstək səbəbindən terroru dəstəkləyən dövlət kimi tanımağı məqsədəuyğun saymaqdadır.
Məruzədə deyilir ki, ABŞ Rusiyanın SWİFT beynəlxalq banklararası hesablaşmalar sistemindən təcrid edilməsinə nail olmalıdır.
Sənədin müəllifləri eyni zamanda Rusiyanın “Vneşekonombank”ına qarşı sanksiyaların tətbiqini də təklif etmişlər (В Конгрессе США.., 2020).
Dostları ilə paylaş: |