XII FƏSİL
III Dünya savaşında bu və ya digər dərəcədə iştirak edəcək dövlətlər (Əlifba sırası ilə)
Bəri başdan qeyd edək ki, yaxın dövrdə çıxması gözlənilən III Dünya savaşında nüvə silahından istifadə ehtimalı olduqca azdır. Çünki hər kəs belə bir müharibədən kimsənin sağ çıxmayacağını bilir. Korona virus olayı sübut edir ki, kim tərəfindən kimə qarşı istifadə edildiyinin sübut edilməsi çox çətin olan və əksər hallarda heç mümkün olmayan bakteroloji silahlardan gen-bol istifadə edilmə ehtimalı qətiyyən istisna edilməməlidir. “Özəl hərbi şirkətlər”in əli ilə vəkalət savaşlarından geniş istifadə ediləcəyi heç bir şübhə oyatmır. Paralel olaraq ticarət savaşlarının (sanksiyalar) aparılacağı şübhəsizdir. Müharibə açıq şəkil aldığı hallarda isə onun konvesial silahlarla aparılacağını da eyni dərəcədə qətiyyətlə söyləyə bilərik. Fəqət hadisələrin nəzarətdən çıxaraq gözlənilmədən nüvə savaşına çevrilmə ehtimalını da gözardı etməməliyik, fəqət bu ehtimal çox azdır.
Syahıda yer alan və siyahısı heç də tam olmayan ölkələrin hərbi potensialı barədə məlumatlar bütün dünyada məşhur olan “Global Fire Power” İnternet saytından götürülmüşdür. Məlumatlar 2020-ci ilin mart ayında yayınlanıb (Dünyanın en güçlü.., 2020).
ABŞ. Hərbi qüdrətinə görə dünyada 1-ci yerdədir. Hərbi doktrinasında Çin və Rusiya birinci və ikinci hədəflər kimi göstərilir. 2020-ci ildə toplam ÜDM istehsalına görə Çin onu keçib və qarşıdakı illərdə aradakı fərqin get-gedə artacağı, 2030-cu ildə ABŞ-ın bu göstəriciyə görə Çin və Hindistandan sonra üçüncü yerə düşəcəyi, bu səbəbdən Hindista-Çin savaşını körükləməyə, çıxacaq savaşda Çinə qarşı yer alacağı, Rusiyanı da durdurmaq məcburiyyətində qalacağı ehtimal edilir..
Toplam əhali: 329,256,465 nəfər
Toplam əskər və zabit sayı: 2,260,000 nəfər
Aktiv heyət: 1,400,000 nəfər
Toplam hava gücü: 13,264
Savaş təyyarəsi: 2,085
Savaş tankları: 6,289
Zirehli savaş vasitəsi: 39,253
Toplam gəmisi: 490
Müdafiə büdcəsi: 750 milyard dollar
Dostları ilə paylaş: |