Bəxtiyar Tuncay III dünya savaşi giRİŞ


BVF-nun üzvü olan ölkələrdəki diktatura rejimlərinin borclanma (milyard dollar hesabı ilə) cədvəli



Yüklə 2,93 Mb.
səhifə2/105
tarix01.01.2022
ölçüsü2,93 Mb.
#102794
1   2   3   4   5   6   7   8   9   ...   105
BVF-nun üzvü olan ölkələrdəki diktatura rejimlərinin borclanma (milyard dollar hesabı ilə) cədvəli

(Cədvəldə 1996-cı ilə qədər olan faktlar yer almaqdadır)


BVF-na borclu olan ölkələr

Diktatorlar

İqtidara gəliş Tarixi

İqtidardan düşdüyü tarix

Ölkənin rejimin başlanğıcındakı borcu

Rejimin sonundakı borc

1966-cı ildəki toplam borc

Diktatorların aldığı toplam borç

Diktatorların yarattığı borç faizi

Argentina

 


Hərbi diktatura


1976

1983

9.3

48.9

93.8

39.6

42.00%

Boliviya

Hərbi diktatura


1962

1980

0

2.7

5.2

2.7

52.00%

Braziliya

Hərbi diktatura


1964

1984

5.1

105.1

179

100

56.00%

Çili 


Avqusto Pinoçet


1974

1989

5.2

18

27.4

12.8

47.00%

Salvador 


Hərbi diktatura


1979

1994

0.9

2.2

2.2

1.3

59.00%

Efiopiya 


Mengistu Hale Mariam


1977

1991

0.5

4.2

10

3.7

37.00%

Haiti 


Jan-Klod Duvalye

1971

1986

0

0.7

0.9

0.7

78.00%

İndoneziya

 


Suxarto

1967

1998

3

129

129

126

98.00%

 Keniya

Mol


1979

2002

2.7

6.9

6.9

4.2

61.00%

Liberiya

Doe


1979

1990

0.6

1.9

2.1

1.3

62.00%

Maliviya 


Banda


1964

1994

0.1

2

2.3

1.9

83.00%

Nigeriya

Buxari // Abaxa


1984

1998

17.8

31.4

31.4

13.6

43.00%

Pakistan 


Ziya ül-Haqq


1977

1988

7.6

17










Pakistan 


Hərbi diktatura

1990

günümüz

20.6

29.9

29.9

18.7

63.00%

Paraqvay 


Strosner


1954

1989

0.1

2.4

2.1

2.3

96.00%

Filippin 


Markos


1965

1986

1.5

28.3

41.2

26.8

65.00%

Somali 


Siad Barre


1969

1991

0

2.4

2.6

2.4

92.00%

Cənubi Afrika 


Aparteid rejimi





1992




18.7

23.6

18.7

79.00%

Nimeyri


Nimeyri // Əl-Mehdi


1969

Günümüz

0.3

17

17

16.7

98.00%

Suriya 


Hafiz Əsəd – Bəşər Əsəd


1970

Günümüz

0.2

21.4

21.4

21.2

99.00%

Tailand 


Hərbi diktatura

1950

1983

0

13.9

90.8

13.9

15.00%

Zair // Konqo 


Mobutu

1965

1997

0.3

12.8

12.8

12.5

98.00%

Hazırda Beynəlxalq Valyuta Fondunun elektron pulu olan İMFcoinin əsas rəqibi qismində Çinin RMB-sinin çıxış edəcəyi gözlənilir. Rəqabətdən İMFcoin qalib çıxacaqsa, bu o demək olacaq ki, ABŞ dünyadakı üstün vəziyyətini hələ bir müddət qoruyub saxlaya biləcək, RMB üstün gələcəksə, dünyanın əsas söz sahibinə Çin çevriləcəkdir.

ABŞ-ın Çinə qarşı başlatdığı ticarət savaşının əsas səbəbi də məhz budur. Lakin başqa önəmli bir səbəb də var. Məsələ burasındadır ki, mərkəzi Londonda yerləşən, bankçılıq və maliyyə xidmətləri şirkəti olan “Standart Chartered”in hesabatına görə, gələcəyin ən böyük on iqtisadiyyatına sahib olacaq ölkələrin əksəriyyəti əsasən bu gün inkişaf etməkdə olan ölkələr olacaq və siyahıya Çin başçılıq edəcəkdir. ABŞ isə birinciliyini itirərək Çin və Hindistandan sonra üçüncü yerdə qərarlaşacaqdır. Onluqda sadəcə bir Avropa ölkəsi – Almaniya yer alacaq ki, o da onluğu tamamlayan ölkə olacaq.

Hesabatdan göründüyü kimi, siyahıdakı on ölkənin yeddisini inkişaf etməkdə olan ölkələrin olması proqnozlaşdırılır. Eyni zamanda, Asiya qitəsində yerləşən ölkələrin də əksəriyyət təşkil edəcəyi gözlənilir. Onların ilk sıralarda yer alaraq günümüzün ən böyük iqtisadiyyatlarına sahib ölkələrini geridə buraxacaqları təxmin edilir.


Siyahıda yer alan on ölkə sırasıyla Çin, Hindistan, ABŞ, İndoneziya, Türkiyə, Braziliya, Misir, Rusiya, Yaponiya və Almaniyadır. Bunlardan birincisinin, yəni Çinin ÜDM göstəricisinin 2030-cu ildə 64.2 trilyon ABŞ dolları həcmində olacağı söylənilir. Onu 44,31 trilyon dollarlıq göstərici ilə Hindistanın təqib edəcəyi gözlənilir.



Hesabatda ABŞ üçüncü yerin sahibi kimi qeyd edilib – 31,01 trilyon dollar.

Sonrakı yerlərdə aşağıdakı dövlətlər yer alır:

İndoneziya – 10,11 trilyon dollar

Türkiyə - 9,11 trilyon dollar

Braziliya – 8,67 trilyon dollar

Misir – 8,21 trilyon dollar

Rusiya – 7,91 trilyon dollar

Yaponiya - 7,21 trilyon dollar

Almaniya – 6,91 trilyon dollar

Təbii ki, bu vəziyyət ABŞ-ı qane edə bilməz və etmir. Bu səbəbdən də onun yeni hərbi doktrinində Çin bir nömrəli təhlükə mənbəyi kimi qeyd edilib. Təbii ki, Hindistan və siyahıdakı digər ölkələr də bu və ya digər dərəcədə rəqib və təhlükə mənbəyi kimi gözdən keçirilir.
I FƏSİL
Koronavirus salğını və ABŞ-Çin qarşıdurması
Donald Trampın seçki kampaniyasının mövzularından birinin də Çinlə ABŞ arasındakı ticarət əlaqələrinin ədalətsizliyi idi və Administrasiyanın bu məsələ ilə ciddi məşğul olacağı o vaxtdan məlum idi. “Beynəlxalq iqtisadi qurumlar iki ölkə arasındakı ticarət bağının zəifləməsinin və qopmasına konfliktin dünya iqtisadiyyatını yavaşladacağını və dünya ticarət böhranına səbəb olacağını bildirirdilər.


Buna baxmayaraq ABŞ-ın qəti mövqeyi problemin daha da dərinləşməsinə gətirib çıxardı. ABŞ Çin qarşısında həm iqtisadi həm də siyasi tələblər qoyur. İqtisadi cəbhədə Tramp Administrasiyası hesab edir ki, ABŞ-ın trilyon dollarlarla ölçülən ticarət kəsiri əslində onun sərvətinin xaricilərə transferidir. Xaricilər isə bu sərvətdən istifadə edərək ABŞ-ın aktivlərini əldə edirlər və belə davam edərsə ölkə tamamən xaricilərin əlinə keçəcək. Əlbəttə ki, əsas “xaricilər” Çinlilərdir. Digər bir məsələ isə Çinin əqli mülkiyyəti müxtəlif yollarla “oğurlamasıdır”. Sənaye cəsusluğu bu yollardan biridir və Huawei şirkəti, onun rəhbərləri məhz bu yolla şirkətin texnologiya bazasını möhkəmləndirməkdə günahlandırılırlar. Təsadüfi deil ki, həmin şirkətin rəhbərlərindən biri müddət əvvəl həbs olunmuşdu və şirkətin özü də bir başa sanksiyalara məruz qaldı.

Çin höküməti də əqli mülkiyyətin transferində aktiv rol oynayır və ölkəsində investisiya etmək istəyən yüksək texnologiya şirkətləri yerli şirkətlərlə birgə müəssisə yaratmağa məcbur edərək nəticədə texnologiyanı ötürməyə dolayı yolla nail olur. Siyasi cəbhədə isə ən əsas fikir ayrılığı Şimali Koreya və Tayvan barəsindədir və Çindən bu ölkələrə olan təsirini müsbət istiqamətdə istfadə etməsi tələb olunur.



Çinin bu iddialara cavabı isə birmənalı deyil. O həm qanunvericiliyində müəyyən dəyişiklik edərək əslində ona qarşı olan tələblərin haqlı olduğunu qəbul edir, həm də heç bir halda oğurluqla məşğul olduğunu qəbul etmir, yüksək texnologiyalar sahəsindəki inkişafını bu sahəyə etdiyi investisiyalara və insan resurslarına bağlayır. Qeyd etmək lazımdır ki, ABŞ-da təhsil alan xarici tələbələrin üçdə biri çinlidir və bəzi tələbələrin sənaye cəsusluğunda iştirak etdikləri şübhələri var. Qeyd edilən ixtilaflar öz həllini tapmadığı üçün, 2018-ci ildə münaqişə daha da kəskinləşdi. Qarşılıqlı rüsumlar tətbiq olunmağa başladı. 2018-ci ilin sonunda rüsum tətbiqinə ara verildi və müzakirələr başladı. Lazımı nəticə alınmadığı üçün ikinci dalğa rüsumlar tətbiq olundu” (ABŞ-Çin “Ticarət Müharibəsi”, 2019).

Beləliklə, 2018-ci il tarixə ABŞ və Çin arasında ticarət savaşanın başlandığı il kimi düşmüşdür. Məhz həmin il ABŞ, Çindən idxal edilən 34 milyard dollar dəyərindəki 800-dən çox məhsula 25 faiz əlavə gömrük vergisini rəsmən  tətbiq etməyə başladı. Bu addımdan sonra qlobal bazarları narahat edən "ticarət müharibəsi" qarşılıqlı addımlarla şiddətlənrəkə davam edir.

ABŞ Prezidenti Donald Trampın "texnologiya oğurluğu və ədalətsiz ticarət qaydaları" səbəbləri ilə Çinin texnologiya məhsullarına tətbiq etmək qərarı verdiyi 50 milyard dollarlıq gömrük vergilərinin ilk hissəsi  2018-ci ilin iyul ayının 6-da Vaşinqton saatı ilə 00.01-də rəsmən qüvvəyə mindi.

Həmin gün dərc edilən bir xəbər mahiyyətli analitik məqalədə belə deyilməkdə idi:

“Çinin müdafiə, aeronavtika və istehsal sektorlarını hədəfə alan 25%-lik əlavə gömrük vergisi, 34 milyard dollar dəyərindəki 818 məhsulu əhatə edir.

Ağ Ev, 16 milyard dollar dəyərindəki 300-ə yaxın məhsulu əhatə edən ikinci hissənin isə bu ayın üçüncü həftəsində qüvvəyə minməsinin planlaşdırıldığını açıqlayıb.

Beləliklə ABŞ, ilk dəfə Çin mallarını birbaşa hədəf seçən gömrük vergilərini tətbiq etdi…

Analitiklər bildirirlər ki, Çin ABŞ-a qarşılıq verməyə məcbur qalacaq.

Rəsmi Pekinin, ABŞ-ın gömrük vergilərinə cavab tədbirlərini bu gün həyata keçirməyə başlayacağı gözlənilir.

Çinin Ticarət Nazirliyinin sözçüsü Gao Fıng, etdiyi açıqlamada, ABŞ rəhbərliyinin 34 milyard dollar məbləğindəki Çin texnologiya məhsuluna qarşı gömrük vergisi tətbiqinə dair, "Çin heç vaxt ilk atəş açan tərəf olmayacaqdır. Ancaq Çin də öz ölkəsinin və xalqının əsas maraqlarını qorumaq üçün buna qarşılıq verməyə məcbur qalacaqdır" -ifadəsini işlədib.

ABŞ Prezidenti Tramp, Çinin tariflərinə cavab tədbirlərilə qarşılıq verməsi halında ölkəyə daha 200 milyard dollarlıq gömrük vergisi tətbiq edilməsi tapşırığını vermişdi.

Ticarət mütəxəssisləri, dünyanın ən iri iqtisadiyyatlarına malik iki ölkənin bir-birinə qarşı gömrük vergilərini "qisasa qisas" üsulu ilə artırmağa davam etməsinin pis nəticələr doğuracağına işarə edir.

Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Ratings" dünən yaydığı hesabatda, ABŞ-ın başlatdığı ticarət müharibəsinin getdikcə böyüməsi halında qlobal ticarətə zərərinin  2 trilyon dolları çata biləcəyi barədə xəbərdarlıq edib” (ABŞ və Çin arasında ticarət müharibəsi başladı... // Marya, 2018).

2020-ci ilin 16 yanvarında ABŞ ilə Çin arasındaki ticarət müharibəsinin sona çatması barədə dünyanı rahatladan bir xəbər yayıldı. Həmin xəbərdə deyilirdi ki, “Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp və Çinin təmsilçisi Liu Xı iki ay davam edən danışıqlardan sonra “Ticarət müharibəsi”ni sona çatdırmaq üçün ilk razılaşmanı Ağ Evdə təşkil edilən mərasimdə imzaladılar. D.Tramp imza mərasimində etdiyi çıxışında razılaşmanın əhəmiyyətinə diqqət çəkərək deyib: “Bu gün Çin ilə daha əvvəl atılmamış addımı ataraq ilk ticarət sazişini imzalayırıq. Bu daha əvvəl imzalanmış razılaşmalardan çox daha əhəmiyyətlidir. Yaxın vaxtlarda Çinə səfər edəcəyəm. Ölkələrimiz arasında ikinci müqavilənin də imzalanmasına dair işlərin aparılır.”

Çinin təmsilçisi Liu Xı da öz növbəsində etdiyi çıxışında razılaşmanın əhəmiyyətinə toxunub, imzalanan ticarət müqaviləsinin iki ölkə arasında yeni bir dövrün başlanğıc əlaməti olduğunu, bu əməkdaşlığın davam edəcəyinə inandığını söyləyib.

Sonra Liu Çinin dövlət katibi Şi Cinpinqin Donald Trampa ünvanladığı məktubu mərasim iştirakçılarına oxuyub” (ABŞ ilə Çin arasındaki ticarət müharibəsi sona çatdı , 2020).

Lakin ABŞ ilə Çin arasındaki ticarət müharibəsinin sona çatması barədə imzalanmış razılaşmanın ömrü uzun olmadı. 2020-ci ilin 21 may tarixində dünya mətbuatında paylaşılan bir xəbərdən məlum oldu ki, Ağ ev ABŞ Konqresinə 20 səhifəlik strateji bir hesabat yollamış və bu sənəddə Çinin iqtisadi, beynəlxalq təhlükəsizlik və siyasətdə izlədiyi xəttin Amerikanın mənafe və dəyərlərinə tərs olduğu bildirilmişdir.

Çinin yeni tip koronavirüs (Kovid-19) pandemiyasının baş qaldırdığı zaman dünyanı vaxtında xəbərdar etməməsinin və ən başda pandemiyanın ciddiyyətini gizlətməyə səy etməsinin Pekin rəsmilərinin şəffaflıqdan uzaq tutum sərgiləməsinin sübutu olduğunun qeyd edildiyi hesabatda bildirilirdi ki, ABŞ-ın Çin ilə diplomatik əlaqələrə başlamasından bu yana keçən 40 il ərzində atdığı xoşməramlı addımlarheç bir xoş nəticə verməmişdir.



Ağ ev
Anadolu Agentliyi sözgedən hesabatla bağlı 21.05.2020-ci tarixli bir xəbərində bunları bildirməkdə idi:

“…Raporda, ABD'nin son 20 yılda iç pazarını Çin mallarına açarak, Çin'e daha fazla yatırım yaparak ve Amerikan teknolojisine erişim sağlayarak ülkenin liberalleşmesine katkı sağlamayı umduğunu ancak bugünkü Çin yönetiminin 1989'da Tiananmen Meydanı'ndaki protestoları bastıran yönetimden daha otoriter bir çizgide olduğu yorumu yapıldı.



Çin ile diplomatik ilişkilerin 1979'da Richard Nixon yönetiminin attığı adımlarla yeniden kurulduğu ve Çin Halk Cumhuriyeti'nin ülkeyi Birleşmiş Milletlerde temsil eder hale geldiğinin hatırladığı raporda, "Geçen 40 yılın ardından, bu yaklaşımımızla, Çin Komünist Partisinin ülkedeki siyasi ve ekonomik reformların kapsamını sınırlandırma iradesini azımsadığımızı anlıyoruz. Son 20 yılda reformların yavaşladığını, durdurulduğunu ve geriye çevrildiğini gördük." ifadeleri yer aldı.

Raporda Çin yönetiminin silahlanma, siber casusluk ve yayılmacı ekonomik faaliyetleriyle uluslararası düzeni tehdit ettiği ileri sürüldü.

Pekin yönetiminin, eski ABD Başkanı Barack Obama döneminde, devlet güdümündeki siber casusluk ve endüstriyel mülkiyet hırsızlığı gibi faaliyetlerine son vermeyi taahhüt ettiğinin anımsatıldığı raporda, aynı taahhüdün Trump yönetiminin ilk iki yılında yinelenmesine rağmen 2018'de ABD ve diğer ülkelerde Çinli bilgisayar korsanlarının fikri mülkiyet ve ticaret bilgilerini çalmaya yönelik girişimlerine tanık olunduğu kaydedildi.

Raporda, Devlet Başkanı Şi Cinping liderliğindeki yönetimin, ülkede muhalefeti bastırmaya yöneldiği, bloggerlerin, aktivistlerin ve avukatların haksızca yargılandığı, sansürün ve devlet kontrolünün yalnızca medya üzerinde değil, üniversiteler, işletmeler ve sivil toplum örgütleri üzerinde de katı şekilde uygulandığı, şahıslar ve kurumların elektronik takip altına alındığı, muhalif görülenlerin keyfi tutuklama, işkence ve kötü muameleye maruz bırakıldığı değerlendirmesine yer verildi” (Beyaz Saray raporunda.., 2020).

Hazırda rəsmi Vaşinqtonun Pekindən, çox sayda ABŞ vətəndaşının koronavirus səbəbindən ölməsinə, həyatın iflic olmasına, iş yerlərinin bağlanmasına və onmilyonlarla insanın işsiz qalmasına, şirkətlərin çökməsinə və sairə bu kimi neqativ hallara görə, 9 trilyon dollar təzminat tələb etdiyi (США требуют от Китая компенсацию.., 2020), eyni tələbinə 100-dən artıq dövlətin, o cümlədən Rusiyanın qoşulduğu bilinməkdədir.



Pekin
Təbii ki, Çin heç kəsə təzminat vermək fikrində deyil və Ağ evdə oturanlar da bunu çox yaxşı bilir. ABŞ bu yolla Çinə olan 11,138 trilyon (oktyabr, 2018) dollar həcmində borcunun ən azı bir qismini silmək, Çinə iqtisadi sanksiyalar tətbiq edərək, ən böyük rəqibini çökdürmək və bu yolla dünya liderliyini qoruyub saxlamaq üçün bəhanə əldə etmək istəyir. Onun təzminat tələbinə qoşulan ölkələr isə hər an müharibə həddinə qədər gəlib çıxa biləcək bu qarşıdurmada kimin yanında yer alacaqlarını göstərmiş olurlar. Rusiyanın da bu sırada olması ondan xəbər verir ki, müharibənin baş verəcəyi halda o, ABŞ-a qarşı Çinin yanında yer almayacaq.

Həm ABŞ, həm də Çin nüvə dövlətidirlər və hər ikisi də çıxacaq bir savaşın həm onlar, həm də bütün dünya üçün nə kimi fəlakətlərə səbəb ola biləcəyini çox yaxşı bilir. Odur ki, ticarət savaşının hərbi qarşıdurmaya çevrilmə ehtimalı azdır. Hərçənd ki, ən kiçik bir yanlış hərəkət, məsələn, Çinin öz torpaqları hesab etdiyi Tayvanı işğal etmək fikrinə düşməsi və ya da ABŞ-ın Tayvana hərbi baza qurmağa girişməsi qığılcım rolunda çıxış edə bilər.

Bir sözlə, koronavirus pandemiyası dünyada, o cümlədən ABŞ və Çin arasındakı münasibətlərdə yeni şəraitin ortaya çıxmasına səbəb olmuşdur.

Bu sətirlərin qələmə alındığı 25 may 2020-ci il tarixində, Bakı vaxtilə saat 11:52-yə olan məlumata görə, dünya üzrə bu virusa tutulanların sayı 5.513.369 nəfərə, ölənlərin sayı isə 346.888 nəfərə çatmışdı. ABŞ-da bu göstərici müqabil olaraq, 1.686.436 və 99.300 nəfər, Azərbaycanda 4.122 və 49 nəfər, Ermənistanda 7.113 və 87 nəfər kimi qeydə alınmışdı. Dünya ölkələri üzrə (ilk 20 ölkə) isə göstəricilər aşağıdakı kimi idi (Covid-19 Coronavirus Pandemic, 2020):






Ölkələr


Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin