Bəxtiyar Tuncay III dünya savaşi giRİŞ



Yüklə 2,93 Mb.
səhifə26/105
tarix01.01.2022
ölçüsü2,93 Mb.
#102794
1   ...   22   23   24   25   26   27   28   29   ...   105
Herbert Raymond McMaster
28 dekabr 2017-ci ildə ABŞ-ın dövlət katibi Reks Tillerson “The New York Times” qəzetində dərc etdirdiyi bir məqalədə yazırdı: “Bizim Rusiyadakı rejim haqqında heç bir illüziyamız yoxdur. ABŞ, son on ildə qonşu Gürcüstan və Ukraynanı işğal edən və Qərb ölkələrinin suverenliyinə xələl gətirən, ABŞ və digər ölkələrdə seçkilərə müdaxilə edən, yenidən inkişaf edən Rusiya ilə pis münasibətlərdədir".

Tillerson vurğulamışdı ki, Ukraynadakı vəziyyət həll olunmayana qədər Rusiya ilə normal iş münasibətlərinin bərpası barədə danışmaq mümkün deyil. Eyni zamanda ABŞ Rusiya ilə qarşılıqlı surətdə faydalı sahələrdə əməkdaşlıq etməyə qərarlıdır. O, Suriyadakı vəziyyəti nümunə kimi göstərərək yazırdı: “İndi, prezident Putin Suriyanın yeni gələcəyini yaratmağı hədəfləyən BMT-nin himayəsi altında Cenevrə prosesinə sadiqliyini bildirdikdən sonra, Rusiyanın bu yolu tutacağını gözləyirik. Əminik ki, bu danışıqların nəticələrinin həyata keçirilməsi Suriyanın Bəşər Əsəddən azad olmasına kömək edəcəkdir ” (Rex Tillerson, 2017).

19 yanvar 2018-ci ildə ABŞ Müdafiə Nazirliyi yeni Milli Müdafiə Strategiyasını elan etdi (DoD Official, 2018). Bu sənəddə ABŞ-ın milli təhlükəsizliyinin əsas problemi kimi terrorizm deyil, dövlətlər arasında strateji rəqabət olaraq qəbul ediləcəyi ifadə edildi. Sənəddə Amerika təhlükəsizliyinə yönəldilən beş əsas təhlükə qismində dörd dövlət (Çin, Rusiya, Şimali Koreya, İran) və terrorçu qrupların davamlı fəaliyyəti göstərilməkdə idi (США включили.., 2018).

Xüsusilə Rusiya qonşu dövlətlərin sərhədlərini pozmaqda, onların iqtisadi və diplomatik təşəbbüslərini əngəlləməkdə, tam regional hökmranlığa çalışmaqda ittiham olunur, NATO-nu məhv etmək və Avropa və Yaxın Şərq iqtisadiyyatlarını və siyasətlərini korrektə etmək istəməkdə suçlanırdı (Чем грозит России.., 2018).




Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin