Bəxtiyar Tuncay III dünya savaşi giRİŞ



Yüklə 2,93 Mb.
səhifə28/105
tarix01.01.2022
ölçüsü2,93 Mb.
#102794
1   ...   24   25   26   27   28   29   30   31   ...   105
Nikolay Patruşev
Münasibətlərdəki mövcud çətinliklərə baxmayaraq, 2018-ci ildə Rusiya ilə ABŞ arasında bir sıra beynəlxalq və regional problemlər üzrə münasibətlər bərpa edilmiş, 2018-ci ilin dekabr ayından etibarən, Barak Obama tərəfindən kəsilən terrorla mübarizə mövzusunda Rusiya-Amerika dialoqu yenidən başlamış, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton arasında bir neçə görüş keçirilmiş, Əfqanıstan və Koreya yarımadasındakı vəziyyətin nizamlanması istiqamətində səyləri koordinasiya edilmiş və Suriyadakı vəziyyət ətrafında fikir mübadiləsi güclənmişdi.

28 iyun 2019-cu ildə Osakada keçiriləcək G20 sammiti çərçivəsində dövlət başçıları arasındakı söhbət əsnasında strateji sabitlik mövzusunda dialoqun yenidən davam etdirilməsinə razılıq verildi. Vladimir Putin, D. Trumpı 9 May 2020-də Qələbənin 75 illiyini qeyd etmək üçün Moskvaya dəvət etdi.

2019-cu ilin yanvar ayında ABŞ Prezidenti Donald Tramp ABŞ-ın raketdən müdafiə sisteminin yenilənmiş inkişaf strategiyasını təqdim etdi (David Vergun, 2019). Sənəddə Rusiyadan başqa, ABŞ-ın rəqibləri arasında Çin, KXDR və İranın da adları vurğulanmışdı (ПРО как.., 2019).

Sənəddə bildirilirdi ki, Rusiya hərbi inkişafı ABŞ-ın “mövcud müdafiə sistemlərinə meydan oxuyur”, bu da düşmən raketlərini “uçuşdan sonra uçuşun bütün mərhələlərində” tutma vasitələri yaratmaq üçün onların əsaslı modernləşdirilməsini zəruri edir (США оценили.., 2019).

Sənədə görə, "Rusiya ABŞ-ı və NATO-nu hazırkı revizionist geosiyasi ambisiyaları üçün əsas təhlükə hesab edir" və eyni zamanda ABŞ-ın rəqiblərinə raket komplekslərinin, məsələn, S-400 kompleksinin Çinə və S-300 kompleksinin İrana tədarükündə və KXDR-ə hava hücumundan müdafiə sisteminin inkişafında kömək edir (ПРО как.., 2019).


Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin