Bəxtiyar Tuncay III dünya savaşi giRİŞ



Yüklə 2,93 Mb.
səhifə3/105
tarix01.01.2022
ölçüsü2,93 Mb.
#102794
1   2   3   4   5   6   7   8   9   ...   105
Virusa yoluxanlar

Gün ərzində yoluxanlarlar

Ölənlər

Gün ərzində ölənlər

1

ABŞ

1,686,436




99,300




2

Braziliya

365,213

+1,595

22,746

+30

3

Rusiya

353,427

+8,946

3,633

+92

4

İspaniya

282,852




28,752




5

Böyük Britaniya

259,559




36,793




6

İtaliya

229,858




32,785




7

Franca

182,584




28,367




8

Almaniya

180,328




8,371




9

Türkiyə

156,827




4,340




10

Hindistan

139,049

+513

4,024




11

İran

135,701




7,417




12

Peru

119,959




3,456




13

Kanada

84,699




6,424




14

Çin

82,985

+11

4,634




15

Səudiyyə Ərəbistanı

72,560




390




16

Çili

69,102




718




17

Meksika

68,620

+2,764

7,394

+215

18

Belçika

57,092




9,280




19

Pakistan

56,349

+1,748

1,167

+34

20

Niderland

45,236




5,822



Qeyd etdiyimiz kimi, Çinin öz torpaqları hesab etdiyi Tayvanı işğal etmək fikrinə düşməsi və ya da ABŞ-ın Tayvana hərbi baza qurmağa girişməsi qığılcım rolunda çıxış edə bilər. Görünən budur ki, belə bir qığılcımın çıxma ehtimalı ABŞ-ı nəinki narahat etmir, əksinə, sanki, bilə-bilə onun çıxmasına çalışır. Təsadüfi deyil ki, bu 2020-ci ilin may ayının 21-də ABŞ Tayvana 180 milyon dollarlıq silah satışını təsdiqləmiş və rəsmi Vaşinqtonun bu addımına Çinin təpgisi gecikməmişdir.



“Euronews” sözügedən tarixdə yaydığı xəbərdə baş verənləri belə anlatmışdır:

Amerika Birleşik Devletleri’nden (ABD) hali hazırda Covid-19 nedeniyle ilişkilerin ‘gergin olduğu’ Çin’i ‘kızdıracak’ bir hamle geldi. Washington, Tayvan'a 180 milyon dolar tutarındaki silah satışının onaylandığını duyurdu.

Dışişleri Bakanlığı, gelişmiş teknolojileri içeren 18 MK-48 Mod6 torpidolarının da silah satışına dahil olduğunu belirtirken, Çin ise ABD’ye Tayvan’a silah satışını durdurma çağrısı yaptı.

Silah satışıyla birlikte ABD ile Çin arasındaki tansiyonun daha da yükselebileceği belirtiliyor.

ABD Savunma Güvenlik İşbirliği Ajansı’nın (DSCA) yapılan yazılı açıklamada, Tayvan'ın talebi üzerine yapılacak satışın yedek parçalar, test ekipmanları, lojistik destek hizmetlerini kapsadığı belirtildi.

Ayrıca, Tayvan'ın silahlı kuvvetlerini desteklemek amacıyla yapılan satışın ABD'nin ulusal, ekonomik ve güvenlik çıkarlarına hizmet ettiği vurgulandı.

Silah satış onayının Tayvan lideri Tsai Ing-wen'ın adadaki iktidarının ikinci döneminin başlamasına denk gelmesi de dikkati çekti.

Çin Dışişleri Bakanlığı Sözcüsü Cao Licien de başkent Pekin'de düzenlediği günlük basın toplantısında satışla ilgili Washington yönetimine tepki gösterdi.

Tayvan
"ABD'yi, Çin-ABD ilişkilerine ve Tayvan Boğazı’nın barış ve istikrarına daha fazla zarar vermemesi için Tayvan’a silah satışını durdurmaya ve Tayvan-ABD askeri irtibatına son vermeye çağırıyoruz." ifadelerini kullanan Sözcü Cao, Washington yönetimine "Tek Çin" ilkesine uyma çağrısında bulundu.

ABD Dışişleri Mike Pompeo dün de Tsai'a gönderdiği tebrik mektubunda Tayvan lideri için "başkan" ifadesini kullanmış, Çin Dışişleri Bakanlığı "Çin'in iç işlerine ciddi anlamda müdahale etmekle" suçladığı ABD'yi kınamıştı” (ABD Tayvan'a 180 milyon dolarlık.., 2020).

Məsələ təkcə bunda da deyil. Sözügedən hadisədən bir neçə gün öncə, mayın 15-də ABŞ-ın Dövlət katibi Mayk Pom­peo İsraildə səfərdə olmuş və rəsmi Tel-Əvivdən Çinlə əlaqələrini yenidən gözdən keçirməsini, konkret olaraq, Hayfa limanının Çinə icarəyə verilməsindən vaz keçməsini tələb etmişdi. Əldə olan məlumatlara görə, danışıqlar müsbət nəticə verməmiş və iki gün sonra, may ayının 17-də Çinin İsraildəki səfiri Du Vey öz iqamətgahında ölü tapılmışdı. Belə hesab olunur ki, bu, ABŞ-ın həm İsrailə, həm də Çinə üstüörtülü mesajı idi.

Məlumat üçün bildirək ki, Du Vey özünün Rotşildlərlə yaxınlığı ilə tanınırdı, Rotşildlərin yardımı ilə Çinə kapital və texnologiyaların axınının təşkilində önəmli rol oynamışdır. O, Çin mərkəzli Yeni Dünya düzəni ideyasının əsas müəlliflərindən biri hesab edilir.



Du Vey
Əslində ABÇ-ın Çinə qarşı sərt tutumunun tarixi daha öncələrə aiddir. Təsadüfi deyil ki, 2000-ci illərin başlarında ABŞ-ın Orta Şərqə və İslam dünyasına qarşı savaş planları müzakirə edilirdisə, 2010-cu illərdən sonra Çin və Rusiyaya qarşı ehtimali savaş ssenariləri də dünya mətbuatının əsas müzakirə mövzularından birinə çevrildi.

2016-cı ilin avqust ayının əvvəllərində, Pentaqon və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) üçün analitik hesabatlar hazırlayan və əməkdaşları əsasən keçmiş hərbiçi və kəşfiyyatçılardan ibarət olan “RAND Corparation” ABŞ və Çin arasında baş verməsi ehtimal edilən savaşın ssenarisini dərc etdirdi. Analitik yazının əvvəlində belə bir müharibənin başlama ehtimalının az olduğu, fəqət hər iki ölkənin sözügedən savaşa hazırlıq planlarına sahib olduqları vurğulanmaqda idi.

Hesabatın müəlliflərinin fikrincə, ABŞ-Çin savaşı başlarsa, o adi, konvensional xarakter daşıyacaq və nüvə qarşıdurmasına çevrilməyəcək. Çünki hər iki ölkə qarşılıqlı nüvə zərbələrinin özləri üçün hansı fəlakətlərə səbəb ola biləcəyini çox yaxşı başa düşürlər və üstəlik də itkilər o qədər böyük olmayacaq ki, ona görə nüvə silahına əl atılmış olsun (Илья Плеханов, 2016).

“RAND Corparation” analitikləri hesab edirlər ki, müharibənin başlayacağı təqdirdə Çinin itkiləri ABŞ-a nisbətən ölçüyəgəlməz dərəcədə böyük olacaq. Bununla belə, Çinin aldığı yaralarla ABŞ-ın zərərləri arasındakı fərq 2025-ci ilə qədər azalmağa başlayacaq. Savaşın əvvəllərində ABŞ özünün təyyarə gəmisini və bir neçə hərbi gəmisini itirəcək ki, bu da bir neçə nib hərbçinin ölməsi deməkdir. Bunun ardınca ABŞ Çinin donanmasını və bütün raketlərini məhv edəcək və müharibə dənizdən Çinin torpaqlarına keçəcək. Müharibə uzunmüddətli xarakter alacaq və tərəflərdən heç birinə ildırımsürətli qələbə gətirməyəcək.



Belə hesab edilir ki, müharibənin iqtisadi nəticələri Çin üçün daha acınacaqlı olacaq. Çünki bu ölkə dənizlə daşınan enerji daşıyıcılarından, eləcə də dəniz ticarətindən məhrum olacaq, ölkədə daxili siyasi qarşıdurma yaranacaq.


Çinin «Lyaоnin» təyyarə daşıyıcı gəmisi
Yaponiyanın da ABŞ-ın yanında qatılacağı bu savaşın bir il sürməsi halında ABŞ-ın ÜDM göstəricisi 5-10%, Çininki isə 25-30% azalacaq.

Yaponiyadan başqa, Avstraliya, Yeni Zrlandiya və Filippinlər də ABŞ-ın regional müttəfiqləri kimi Çinə qarşı savaş acacaqlarını ehtimal etmək olar. NATO-nun da ABŞ-a dəstək verəcəyi düşünülür. Hesab edilir ki, savaşa Çinin ABŞ-ın müttəfiqlərindən birinə, məsələn, Yaponiyaya qarşı aqressiv mövqeyi səbəb ola bilər.

Analitiklər nüvə silahından istifadə ehtimalını, demək olar ki, istisna edirlər. Bununla belə, ABŞ-ın müttəfiqlərini susdurmaq üçün Çinin onlara qarşı nüvə silahından istifadə edə bilmə ehtimalını da istisna etməmək lazımdır. Hərçənd ki, Çinin hərbi doktrinasında, Rusiyanınkından fərqli olaraq, dərhal nüvə silahı ilə cavab vermək nəzərdə tutlmayıb.

Çin “RAND Corparation” analitiklərinin “Global Times” dərgisində dərc etdirdikləri bu hesabata dərhal və çox sərt reaksiya verdilər və bildirdilər ki, müharibədə əsas ziyan çəkən tərəf onlar deyil, Amerikalılar olacaqlar. Çünki Çin qələbə sonluqlu savaşa daha yaxşı hazırlaşmışdır və buna nailolmaq üçün hər cür mərhumiyyətlərə dözməyə hazırdır. Rəsmi Pekin analitiklərin Çin daxilində siyasi qarşıdurma yaranacağı barədə sözlərinə qarşılıq olaraq bildirmişlər ki, belə bir daxili qarşıdurmanın Amerikada yaranma ehtimalı daha çoxdur.

Maraqlıdır ki, iki ölkə arasında ehtirasların qızışdırılmasında bəzi internet resusrlarının da rolu az deyil. Bu sırada Çin mətbuatında, xüsəsn də “Global Times” və “Business Insider” kimi mətbuat orqanlarında dərc edilən məqalələrdən tez-tez sitatlar gətirən və onlara provakativ xarakterli şərhlər verən “Zero Hedge” İnternet resursunu xüsusi qeyd etmək lazımdır. Məsələn, bu elektron resursda 2016-cı ildə dərc edilmiş bir yazıda Çinin Şərqi Çin dənizində fəal şəkildə müharibəyə hazırlaşdığı, III Haaqa məhkəməsinin iyul ayının 12-də Çinə qarşı hökm çıxarmasında əsas rollardan birini oynamış Avstraliyadan qisas almaq istədiyi bu səbəblə sözügedən ölkənin gəmilərini hədəfə aldığı barədə iddialar yer almaqda idi. Məqalə o qədər böyük səs-küyə səbəb olmuşdu ki, dünyanın bir sıra aparıcı informasiya agentlikləri, o cümlədən “Reuters” ona xüsusi yer ayırmış və bildirmişdi ki, Çinin Avstraliya gəmilərinə hədəfə alacağı barədə əldə heç bir dəlil olmasa da, ABŞ və müttəfiqləri ilə müharibəyə hər zaman hazır olduqları barədə Çin rəsmilərinin tez-tez dilə gətirdikləri fikirlər narahatlıq doğurmaya bilmir.


Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin