Yevgeni Prigojin
Vaşinqtona görə, bu əşyalar ruslar tərəfindən elektron kəşfiyyat və casusluq üçün istifadə edilmişdir (Обмен санкциями, 2017). Rusiya tərəfi, bu məsələni Donald Trampın yeni administrasiyası ilə həll edəcəklərinə ümid edərək, Rusiyadakı Amerika diplomatlarına qarşı adekvat tədbirlər görməyəcəyini bildirdi (Россия не стала.., 2017). Lakin 2017-ci ilin yayında vəziyyət yenidən pisləşdi. İyulun sonunda, Konqres və ABŞ Senatı yeni anti-Rusiya sanksiyaları haqqında qanunu qəbul etdikdən sonra Rusiya tərəfi ABŞ-dakı diplomatik obyektlərinin bağlanmasına və diplomatların qovulmasına cavab olaraq ABŞ-ın Rusiyadakı diplomatik nümayəndəliklərinin sentyabrın 1-dək 755-ə - 455-ə endirilməsini, yəni ABŞ-ın Rusiyadakı səfirliyinin işçilərinin sayını Rusiya Federasiyasının ABŞ-dakı diplomatik nümayəndəliyindəki işçilərin sayına bərabərləşdirilməsini tələb etdi. Bundan əlavə, Amerikanın Moskvadakı səfirliyi Dorojnaya küçəsindəki anbar yerlərindən və Serebryany Bordakı səfirlik kottecindən məhrum oldu (Америке дали с дачи, 2017).
İxtisarlar nəticəsində ABŞ səfirliyi 23 avqust - 1 sentyabr 2017-ci il tarixləri arasında Rusiyada qeyri-immiqrant vizalarının verilməsini dayandırdı. Sentyabrın 1-dən etibarən qeyri-immiqrant vizalarının verilməsi bərpa edildi, amma yannız Moskvadakı Amerika səfirliyində. Dekabrın 11-də ABŞ-ın Sankt-Peterburq, Yekaterinburq və Vladivostokdakı konsulluqları qeyri-immiqrant vizaları üçün yenidən görüşməyə başladılar. Müsahibə üçün gözləmə müddətinin artdığına görə bəzi Rusiya vətəndaşları Amerika vizalarını qonşu dövlətlərin paytaxtlarında Amerika diplomatik nümayəndəlikləri vasitəsi ilə əldə etmə fürsətindən istifadə etməyə məcbur oldular (Посольства США.., 2017).
Dostları ilə paylaş: |