"Tomahavk" raketi
Avqustun 23-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşdə prezident Putin Müdafiə Nazirliyinə, Xarici İşlər Nazirliyinə və digər qurumlara ABŞ-ın hərəkətləri ilə ortaya çıxan təhdid səviyyəsini təhlil etməyi və simmetrik bir cavab hazırlamaq üçün hərtərəfli tədbirlər görülməsini əmr etdi (Пробил наш час.., 2019).
Bunun ardınca Rusiya Xarici İşlər Nazirliyi bəyanat yaydı. Bəyanatda bildirilirdi ki, ABŞ-ın silah nəzarəti sahəsindəki hərəkətləri bir sıra ciddi problemlərə səbəb oldu və INF Müqaviləsinin dağılması bütün beynəlxalq təhlükəsizlik arxitekturasına zərbə vurdu: “Rusiya əvvəllər məcbur edildiyi kimi bu mövzuda yaranan təhdidləri görməməzlikdən gələ bilməz, hücum potensialının ayrılmaz hissəsi olan Amerika raketdən müdafiə sisteminin yaradılmasına cavab olaraq yeni hücum silahlarını hazırlamağa başlayacaq”.
Bu baxımdan, 2010-cu ildə imzalanan Strateji Hücum Silahlarının Daha da Azaldılması və Məhdudlaşdırılması Tədbirləri haqqında Müqavilənin (START-3) gələcəyinin INF Müqaviləsinin taleyindən asılı olduğu qeyd edilir. ABŞ Konqresi, INF Müqaviləsi (Возможен ли возврат.., 2017) yerinə yetirilmədiyi təqdirdə START-3-ün həyata keçirilməsi üçün vəsait ayrılmasını qadağan etdi. Qeyd edək ki, START-3 müqaviləsinin müddəti 2021-ci ilin fevralında bitir. Rusiya onun uzadılmasının tərəfdarıdır, lakin ABŞ-dan ziddiyyətli siqnallar gəlir (Разграничение стратегических.., 2019). Belə ki, müdafiə naziri Mark Esper avqust ayında “Fox News” telekanalına verdiyi müsahibədə demişdir ki, START-3 müqaviləsi uzadılacağı təqdirdə ABŞ "Rusiya silahlarının bütün yeni növlərini ehtiva etdiyinə əmin olmalıdır". Rusiya tərəfinə gəlincə, Amerika tərəfi müqavilənin "nüvə missiyasına çevrildiyini" elan etdiyi çox sayda strateji daşıyıcıdan çəkilməsindən narahatdır (Пробил наш час.., 2019).
Dostları ilə paylaş: |