Bəxtiyar Tuncay III dünya savaşi giRİŞ



Yüklə 2,93 Mb.
səhifə36/105
tarix01.01.2022
ölçüsü2,93 Mb.
#102794
1   ...   32   33   34   35   36   37   38   39   ...   105
Bəşər Əsəd
Həmin dövrdə “Fox Business”ə verdiyi müsahibədə Bəşər Əsədə münasibətini açıqlayan Prezident Trump fikirlərini belə açıqlamışdı: "Rusiya bu heyvanı müdafilə etməsəydi və dəstək olmasaydı, heç bir problem olmazdı ... Düzünü deyim ki, Putin həqiqətən pis olan bir insana dəstək olur. Düşünürəm ki, bu Rusiya üçün, insanlıq üçün, bu dünya üçün çox pisdir” (Война и мир.., 2017).

Mayın 9-da Donald Tramp Suriyaya qarşı birtərəfli sanksiyaların daha bir il uzadılması barədə fərman imzaladı. O, ABŞ-ın bölgədəki insan haqlarının pozulmasını qınadığını təkrarladı və Suriya hökumətini öz vətəndaşlara qarşı zorakılığı dayandırmağa, atəşkəsə hörmət etməyə, humanitar yardımın pulsuz və təhlükəsiz çatdırılmasını təmin etməyə və ölkədəki münaqişənin siyasi həlli təşəbbüsünü dəstəkləməyə çağırdı (Трамп продлил.., 2018).

2017-ci ilin avqust ayında Ceyms Cefri ABŞ dövlət katibinin Suriya üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edildi. ABŞ-ın Suriyadan çıxması üçün üç şərt hazırlandı: İslam Dövləti üzərində qələbə, İran tərəfdarı qüvvələrin Suriya ərazisindən çəkilməsi və Suriyadakı siyasi rejimin dəyişməsi.

Oktyabrın 26-da BMT Təhlükəsizlik Şurasında Suriyada kimyəvi silah istifadəsinin araşdırılması üçün ortaq OPCW-BMT mexanizminin hesabatı yayıldı. Hesabatda Suriya Ərəb Respublikasının Suriyanın Xan Şeyxun şəhərində sarin qazının istifadəsinə görə məsuliyyət daşıdığı və İD-in 2016-cı ilin sentyabr ayında Um Khosh qəsəbəsindəki hücuma görə məsuliyyət daşıdığı bildirilməkdə idi. Rusiya tərəfi hesabatı sərt dillə tənqid etdi.

Noyabrın 18-də, Suriyadakı kimyəvi hücumları araşdıran ortaq OPCW-BMT qurumu BMT Təhlükəsizlik Şurası kimyəvi silah istifadəsini araşdıran mütəxəssislərin səlahiyyət müddətinin uzadılması mövzusunda razılığa gələ bilmədiyi üçün dayandırıldı. Rusiya Amerikanın qətnamə layihəsinə veto qoydu. Öz növbəsində yeddi ölkə də Rusiya, Boliviya və Çinin təklif etdiyi qətnamə variantını dəstəkləməkdən imtina etdi (Тиллерсон возложил.., 2018).


Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin