Bəxtiyar Tuncay III dünya savaşi giRİŞ


Suriyada Amerikalılar tərəfindən məhv edilən “Vaqner” qrupunun bəzi üzvlərinin ölməmişdən öncəki fotosu



Yüklə 2,93 Mb.
səhifə39/105
tarix01.01.2022
ölçüsü2,93 Mb.
#102794
1   ...   35   36   37   38   39   40   41   42   ...   105
Suriyada Amerikalılar tərəfindən məhv edilən “Vaqner” qrupunun bəzi üzvlərinin ölməmişdən öncəki fotosu
7 apreldə Suriyanın bir sıra qeyri-hökumət təşkilatları hökumət qüvvələrini Duma şəhərinin (Şərqi Quta) sakinlərinə kimyəvi hücumda ittiham etdilər. Şam və Moskva yayılan video materialı səhnələşdirilmiş və saxtalaşdırılmış adlandıraraq bu iddiaları rədd etdi. Rusiya ilə BMT Təhlükəsizlik Şurasının digər üzvləri arasında fikir ayrılıqları səbəbindən hadisənin müstəqil araşdırılması aparılmadı. ABŞ Dövlət Departamenti misli görünməmiş bu barbarlıq aktına görə Bəşər Əsəd rejiminə dəstək verən Rusiya və İranı günahlandırdı.

Şərqi Qutdakı hadisə Rusiya ilə ABŞ və bütövlükdə Qərb arasındakı münasibətlərdəki böhran fonunda baş vermişdi. Bu ABŞ-ın Rusiya ilə birbaşa hərbi toqquşma təhlükəsi yaratmaqda idi (В Сирии.., 2018; Мы можем.., 2018; Разговор с позиции.., 2018).

Aprelin 14-nə keçən gecə ABŞ, İngiltərə və Fransa Suriyaya raket zərbələri endirdi (Токсичные деньги.., 2018).

2018-ci ilin iyulunda Helsinkidə keçirilən Rusiya-Amerika sammitində Vladimir Putin və Donald Tramp Suriyadakı vəziyyətlə əlaqədar bir çox məsələni müzakirə etdilər (Минобороны раскрыло.., 2018), İran silahlı qüvvələrinin Suriya ərazisindəki mövcudluğu barədə fikir birliyinə gəldilər və İsrailin təhlükəsizliyinin təmin edilməsi məsələsində anlaşma əldə etdilər (Разминочный саммит.., 2018).

Putin sammitdən sonra keçirilən mətbuat konfransında bildirdi ki, Suriyanın cənub-qərbindəki terrorçuların məğlubiyyətinin tamamlanmasından sonra Colan yüksəkliklərindəki vəziyyət İsrail və Suriya qüvvələrinin ayrılması haqqında 1974-cü il razılaşmasına tam uyğunlaşdırılacaq. Bu, Suriya Ərəb Respublikası ilə İsrail arasında atəşkəs rejimini bərpa etməyə, İsrail dövlətinin təhlükəsizliyini etibarlı şəkildə təmin etməyə imkan verəcəkdir (Спецпредставитель Путина.., 2018).

Birləşmiş Ştatlar, öz növbəsində, İsrail ordusunun işğal etdiyi Colan yüksəkliklərinə bitişik olan Suriya ərazisinə Suriya ordusunun nəzarətini əngəlləməyəcəyinə söz verdi.




Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin