Bəxtiyar Tuncay III dünya savaşi giRİŞ



Yüklə 2,93 Mb.
səhifə45/105
tarix01.01.2022
ölçüsü2,93 Mb.
#102794
1   ...   41   42   43   44   45   46   47   48   ...   105
Kurt Uolker
Kurt Uolker və Rusiya prezidentinin köməkçisi Vladislav Surkov arasında məsləhətləşmələrin birinci raundu 2017-ci ilin 21 avqustunda Minsk şəhərində baş tutdu. Sonrakı aylarda daha bir neçə raund gerçəkləşsə də, 2018-ci ilin 29 yanvarından etibarən tərəflər arasında heç bir görüş keçirilməmişdir. Tərəflər arasında əsas müzakirə mövzularından biri də BMT-nin sülhmərəmlı missiyasının Donbasda yerləşdirilməsi məsələsi idi. Əsas fikir ayrılığı missiyanın yerləşəcəyi xətt ətrafındaydı. ABŞ sülhməramlıların Ukrayna-Rusiya sərhəddi boyunca yerləşdirilməsini təkid edərkən, Rusiya savaşan tərəflər arasında yerləşdirilməsinin məqsədyönlü olduğunu iddia edirdi (Курт Волкер и.., 2017).

2017-ci ilin dekabrında Atlantik şurada çıxış edən dövlət katibi Reks Tillerson Ukraynanın ərazi bütövlüyü təmin edilmədikcə Rusiyaya qarşı sanksiyaların qüvvədə qalacağını növbəti dəfə təkrar etdi (Мы вернёмся.., 2017).

Dekabrın sonunda ABŞ-ım Dövlət Katibliyi Ukraynaya öldürücü silahlar vermək niyyətini təsdiq etdi. Beləliklə, prezident Tramp bu yolla sələfindən fərqli olaraq, 2014-cü ildən Ukraynanın silahlandırılması tərəfdarı kimi çıxış edən Konqresin təzyiqlərinə boyun müsbət cavab verdi. Üstəlik də veriləcək silahların sırf müdafiə məqsədi daşıdığını bildirdi. Bu, Minsk razılaşmasının şərtlərinə zidd olsa da, 2018-ci ildən etibarən Ukraynaya silah göndərilməsinə başlandı. Bura müasir “FGM-148 Javelin” tank əleyhinə raketlər, onların atılması üçün ümumi məbləği 47 milyon dollar olan 35 ədəd qurğu, iri çaplı “Barrett M107A1” snayper tüfəngləri, onların ehtiyat hissələri və hərbi sursat daxil idi. Reks Tillersonun sözlərinə görə, Ukrayna qarşısında qoyulan şərt o idi ki, du silahlardan hücum zamanı deyil, yalnız müdafiə zamanı istifadə edilə bilər (США запретили.., 2018).

ABŞ-ın bu addımına Rusiyanın reaksiyası, gözlənildiyi kimi, son dərəcə mənfi oldu. Moskva bəyan etdi ki, bu kimi addımlar böhranın dinc yolla həllinə kömək etmir.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə 2018-ci ildən 2018-ci ilin iyun ayına qədər Ukraynanın təhlükəsizliyi məqsədilə bu ölkəyə hərbi qulluqçuların hazırlanması və silah alınması üçün 1 milyard dollar yardım edilmişdir (США выделят Украине.., 2018).


Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin