Bəxtiyar Tuncay III dünya savaşi giRİŞ



Yüklə 2,93 Mb.
səhifə48/105
tarix01.01.2022
ölçüsü2,93 Mb.
#102794
1   ...   44   45   46   47   48   49   50   51   ...   105
Xuan Quaydo
Rusiya-ABŞ gərginliyinin bir mövzusu da Venesuelada baş verən daisələrdir. Qeyd edək ki, 2019-cu ilin yanvarında bu ölkədə mövcud olan siyasi böhran daha kəskin xarakter almış, ABŞ-ın dəstəklədiyi müxalifətin təxribatı nəticəsində ölkədə ikihakimiyyətlilik yaranmış, ölkədə qanuni seçkilərin keçilməsinə və qanuni prezidentin seçilməsinə rəğmən müxalifətin lideri Xuan Quaydo ABŞ-ın dəstəyinə güvənərək, özünü, qeyri-qanuni olaraq, prezident elan etmişdi (WSJ узнала.., 2019; Военные не поддержали.., 2019).

Venesuelanı ABŞ-Rusiya qarşıdurmasının cərəyan etdiyi geosiyasi məkanlardan biri kimi gözdən keçirmək lazımdır. Bu məkan hər iki tərəfi o qədər çox maraqlandırmaqdadır ki, tərəflər dəfələrlə bir-birini Venesuelanın daxili işlərinə müdaxilə etməkdə suçlamışlar (Развитие кризиса.., 2019).

Quaydonun özünü prezident etməsindən və and içməsindən dərhal sonra onu Venesuelanın prezidenti kimi tanıyan ABŞ qanuni prezident Nikolas Maduranı isə “qeyri-legitim elan etmişdi. Bu mövqe “Venesuelada demokratiyanın bərpasına yardım” kimi qələmə verilmişdir (Лидер оппозиции.., 2019; Помпео.., 2019).

Nikolas Madura
ABŞ rəhbərliyi vaxt itirmədən Karakasdakı mövcud rejimi dəyişmək üçün beynəlxalq koalisiya formalaşdırmağa girişdi (Venezuela crisis, 2019). Ağ ev hakimiyyətin müxalifətə qarşı güc tətbiqinə baş vuracağı təqdirdə Venesuelaya qarşı sanksiyaları sərtləşdirməyə hazır olduğunu bəyan etdi (В Венесуэле.., 2019).

Yanvar;n 28-də Amerikalılar Venesuelanın PDVSA neft şirkətinə qarşı sanksiyalar tətbiq edildiyini bildirdilər. Bu barədə açıqlama verən Boltonun sözlərinə görə, ABŞ sözügedən şirkətin dəyəri 7 milyar olan aktivlərinə həbs qoymuş, ümumilikdə isə sanksiyalar Venesuelaya 11 milyard dollara başa gəlmişdir (Помпео.., 2019).

Fevralın əvvəlində ABŞ Venesuela və Kolumbiya sərhəddinə “humanitar yardım” göndərdi, fəqət Venesuela ordusu onun ölkənin içinə soxulmasına imkan vermədi (Оппозиция Венесуэлы.., 2019). Həmin sırada Putin Maduraya zəng edib, ona öz dəstəyini bildirdi (О каком-либо.., 2019).

Rusiya Xarici İşlər Nazirliyi də Venesuelaya dəstəyini bildirdi, ABŞ-ın mövqeyini sərt tənqid edərək, başqa dövlətlərin daxili işlərinə qarışmaq kimi dəyərləndirdi. Bunun hərbi konfliktə yol aça biləcəyini bəyan etdi (СМИ России.., 2018; История отношений.., 2019).Xarici işlər naziri S. Lavrov bildirdi ki, Rusiya Venesueladakı bütün siyasi qüvvələrlə əməkdaşlıq etməyə hazırdır. Xarici işlər nazirinin müavini isə qeyd etdi ki, ABŞ-ın Venesuelanın daxili işlərinə qarışması fəlakət ssenarilərinin işə düşməsinə səbəb ola bilər (Россия вызвалась.., 2019).

Venesuelaya 23-24 fevralda “humanitar yardım” ötürmək əməliyyatının süquta uğramasından sonra BMT TŞ martın 1-də Rusiaya və Amerikanın Venesuela böhranı ilə bağlı ayrı-ayrılıqda təqdim etdikləri iki fərqli bəyannamə mətnini müzakirə etdi və sözügedən dövlətlərin bir-birinin bəyannaməsinə veto qoyması səbəbindən heç birini qəbul etmədi (Товарищи по ненастью.., 2019; Совбез ООН.., 2019; Лавров прокомментировал.., 2019; Венесуэла, 2019).

11 Mart 2019-cu ildə ABŞ Maliyyə Nazirliyi Rusiyanın “Eurofinance Mosnarbank”ına sərt sanksiyalar tətbiq edərək, onu Venesuelanın dövlət neft və qaz şirkəti “Petroleos de Venezuela SA” (PDVSA) ilə əlaqəli olduğu üçün SDN (Xüsusi təyin olunmuş vətəndaşlar və blok edilmiş şəxslər) siyahısına daxil etdi.



Mosnarbank
ABŞ Xəzinədarlıq İdarəsindən verilən məlumata görə, bank 2018-ci ildə tətbiq olunan milli “cryptocurrency El Petro”nun köməyi ilə PDVSA-ya qarşı sanksiya rejimindən yayınmaq cəhdində iştirak etmişdir. Bu səbəbdən də "Eurofinance Mosnarbank" ın Visa və MasterCard beynəlxalq ödəniş sistemlərinə üzvlüyü dayandırılıb (Санкции наложились.., 2019).

Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin