Bəxtiyar Tuncay III dünya savaşi giRİŞ



Yüklə 2,93 Mb.
səhifə62/105
tarix01.01.2022
ölçüsü2,93 Mb.
#102794
1   ...   58   59   60   61   62   63   64   65   ...   105
17.02.2020.

Rusiya ərazisindən başlayan və Baltik dənizinin dibi ilə Almaniyaya çəkilən “Şimal axını-2” təbii qaz boru kəmərinin tikintisində iştirak edən şirkətlərə qarşı ABŞ administrasiyasının tətbiq etdiyi sanksiya bu layihənin yekunlaşmasını xeyli ləngidib.

Kəmərin operatoru Rusiya enerji nəhəngi olan “Qazprom” şirkəti birdirir ki, onlar layihəni özləri müstəqil şəkildə bitirəcəklər (Vaqif Nəsibov, 2020 b).

19.02.2020.

ABŞ-ın yürütdüyü sanksiya siyasəti dünyada azad ticarəti sarsıtmaqda davam edir.

Bu barədə Rusiya XİN-in bəyanatında qeyd olunub.

“ABŞ-ın yürütdüyü sanksiya siyasəti amerikalıların sözdə dəstəklədikləri dünya ticarəti azadlığını sarsıdır və beynəlxalq gərginliyi daha da artırmaqdadır. Vaşinqtondakı siyasətçilər artıq anlamalıdırlar ki, Rusiyaya iqtisadi və hərbi təzyiq göstərməklə onlar heç nəyə nail olmayacaqlar, əksinə, bununla onlar ikitərəfli münasibətlərdəki böhranı daha da dərinləşdirəcəklər”, - deyə Rusiya XİN-in bəyanatında bildirilir.

XİN vurğulayıb ki, ABŞ sanksiyalarının arxasında əslində dünya bazarlarında Rusiya istehsalçıları ilə ədalətli rəqabət apara bilməyən Amerika şirkətlərinə üstünlük yaratmaq niyyəti durur.

Qeyd edək ki, ABŞ bu gün İsveçrədə fəaliyyət göstərən “Rosneft Trading, S.A” şirkətinə və bu şirkətin Direktorlar Şurasının sədri, Rusiyanın “Rosneft” şirkətinin vitse-prezidenti Didye Kasimiroya qarşı sanksiyalar tətbiq edib. ABŞ “Rosneft Trading, S.A” şirkətini Venesuelaya tətbiq edilən sanksiyalara məhəl qoymayaraq bu ölkənin neftinin satışı ilə məşğul olmaqda ittiham edib.

Onu da qeyd edək ki, ABŞ tərəfdaş ölkələrə, xüsusən Avropa dövlətlərinə “Rosneft Trading SA” şirkəti ilə bütün əlaqələri kəsməyə 90 gün vaxt verib (Rusiya ABŞ-ın "Rosneft"in.., 2020).


Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin