25.02.2020.
ABŞ, Kanada və Norveçin birgə missiyası fevralın 25-29-da Rusiya ərazisi üzərindən müşahidə uçuşu həyata keçirəcək. Bu barədə Rusiya Nüvə Risklərinin Azaldılması Milli Mərkəzinin rəhbəri Sergey Rıjkov məlumat verib.
Bildirilir ki, hərbçilər “Saab 340” təyyarəsi ilə Moskva yaxınlığındakı Kubinka aerodromundan havaya qalxaraq müşahidə uçuşları edəcəklər.
Qeyd edək ki, müşahifə uçuşları Açıq səma haqqında beynəlxalq müqavilə çərçivəsində həyata keçirilir (Sevinc Əliyeva, 2020 b).
26.02.2020.
ABŞ İran, Şimali Koreya və Suriyaya qarşı Yayılmamaq Qanununa əsasən yeni sanksiyalar tətbiq edib. Dövlət katibi Mayk Pompeonun sözlərinə görə, Rusiya, Çin, İraq və Türkiyədəki 13 xarici təşkilat və şəxsə qarşı məhdudiyyətlər tətbiq ediləcək.
Eyni zamanda, Dövlət Departamentinin rəhbəri hansı Rusiya şirkətləri və ya şəxslərinin qara siyahıya alındığını açıqlamayıb. Diplomat əlavə edib ki, beş Çin və Türkiyə şirkəti və fiziki şəxsinə “İranın raket proqramını dəstəkləmək” ittihamı ilə məhdudlaşdırıcı tədbirlər tətbiq edilib (ABŞ Rusiyaya qarşı.., 2020).
Gələn həftə Pentaqon “Çin – Rusiya Birliyi” mövzusunda gizli danışıqlara start verəcək. Bu haqda məlumat çərşənbə günü Pentaqonun Federal Reyestrində nəşr olunub.
“3-4 mart 2020-ci il tarixində Müdafiə Siyasəti Şurası Çin-Rusiya mövzusu ilə əlaqədar milli təhlükəsizlik məsələləri ilə bağlı təsnifat müzakirələri aparacaq”, - məlumatda bildirilib.
Məlumata görə, gizli danışıqlar Pentaqonda baş tutacaq və məruzəçilər arasında yüksək səviyyəli kəşfiyyat məmurları, Müdafiə və Xəzinədarlıq Departamentinin rəsmiləri, eləcə də mütəxəssislər iştirak edəcək.
İştirakçılar perspektivlərini və görüşlərini müzakirə edəcək, Rusiya ilə Çin arasındakı münasibətlər barədə gizli məlumatları nəzərdən keçirəcəklər. Onların da Müdafiə Katibinə tövsiyələr verməsi gözlənilir (ABŞ-da Rusiya və.., 2020).
Dostları ilə paylaş: |