ABŞ Prezidenti Donald Trampın kosmosdakı su və mədən qaynaqlarının özəl şirkətlər tərəfindən istifadəsinə icazə verilməsini ehtiva edən fərman imzalaması Rusiyada sərt qarşılanıb. Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bu qərarın hüquqi baxımdan analiz edilməsinin vacibliyini dilə gətirib: “Kosmosun özəlləşdirilməsi istiqamətində ortaya atılan hər bir təşəbbüs qəbuledilməzdir” (Rusiya və ABŞ arasında.., 2020).
08.04.2020.
Rusiya Baş Prokurorluğu Vaşinqtonda mənzillənən Jamestown Foundation qlobal araşdırma və təhlil mərkəzini “arzuolunmaz təşkilatlar” siyahısına daxil edib.
Prokurorluğun 7 aprel tarixli məlumatında deyilir: “Rusiya Baş Prokurorluğuna göndərilmiş materialların araşdırılmasından sonra Jamestown Foundation qeyri-hökumıət təşkilatının Rusiya Federasiyası ərazisində arzuolunmaz sayılması barədə qərar qəbul edib” (Rusiya ABŞ fondunu..,.2020).