Bəxtiyar Tuncay III dünya savaşi giRİŞ



Yüklə 2,93 Mb.
səhifə69/105
tarix01.01.2022
ölçüsü2,93 Mb.
#102794
1   ...   65   66   67   68   69   70   71   72   ...   105
09.04.2020.

Koronavirus pandemiyasının tüğyan etdiyi bir dönəmdə hər kəsi bir sual düşündürür. Görəsən bəşəriyyəti ağuşuna alan və fövqəldövlətləri belə iflic vəziyyətinə salan bu pandemiyanın mənbəyi nədir? Necə oldu ki, səhiyyə və müasir texnologiyaların inkişaf etdiyi bir dönəmdə dünya bir virusun əlində aciz qalıb? Demək olar ki, hər həftə, hər gün dünya mediası, müxtəlif dairələr bununla bağlı öz fərziyyə və ehtimallarını irəli sürsələr də, reallıq budur ki, hər gün ölən və yoluxanların sayı həndəsi silsilə ilə artmaqdadır.

Müxtəlif mərkəzlər tarixə COVİD-19 virusu kimi düşən bu pandemiyanın bioloji laboratoriyalarında yaradılıb dövriyyəyə buraxıldığını iddia edirlər. Bu sıraya Birləşmiş Ştatların maliyyəsi hesabına Ermənistanda ərsəyə gətirilən bioloji laboratoriya da daxil edilib. Rusiyanın dünyaca məşhur  "Moskovski komsomolets” qəzeti yazır ki, Ermənistanda qalmaqal yetişir. Ölkədə 1000-ə yaxın insanın yoluxduğu koronavirus xəstələri arasında Ermənistan Səhiyyə Nazirliyinin xəstəliklərin profilaktikası və nəzarəti Milli Mərkəzi (NCDC) əməkdaşları da var.  Mərkəzin 14 əməkdaşında koronavirusun aşkarlandığı barədə məlumatı Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan təsdiqləyib.

Məqalədə daha sonra bildirilir ki, bu faktın açıqlanması isə dərhal erməni ictimaiyyəti və kütləvi informasiya vasitələrində belə bir sual doğurub - axı necə ola bilər ki, Pentaqonun pulu hesabına ərsəyə gətirilən və ən müasir avadanlıqlar və qabaqcıl texnologiyalarla təchiz olunan və belə baxanda  ölkədə təhlükəli infeksiyaların qarşısını almağa yönəlməli olan laboratoriya öz əməkdaşlarını qoruya bilməyib? Hazırda Ermənistanda bütöv bir şəbəkə mövcuddur – 12 biolaboratoriya fəaliyyət göstərir. Onlar ABŞ hərbi idarəsinin vəsaiti hesabına inşa edilib və yaxud modernləşdirilib. Bioloji təhlükənin aşağı salınması proqramı çərçivəsində həyata keçirilən bu layihə ABŞ-ın "Birgə iştirak üzrə bioloji proqram”ının bir hissəsidir. Proqram dünyanın 25 ölkəsində həyata keçirilir və Ermənistanla yanaşı, postsovet məkanın bir sıra dövlətlərini də əhatə edir. Ermənistan 2008-ci ildə ona qoşulub. "Birgə iştirak üzrə bioloji proqram”ın əsas hədəfi epidemiyaların qarşısının alınması, təhlükəli virusların, bakteriyaların və digər mikroorqanizmlərin müəyyən olunması və effektiv şəkildə zərərsizləşdirilməsidir. 

Hazırda Yerevanda üç laboratoriya fəaliyyət göstərir - Xəstəliklərə və Profilaktikasına Nəzarət Mərkəzi, qida məhsullarının təhlükəsizliyi üzrə Dövlət Xidməti və "Nork” infeksiya klinik xəstəxanası. Regional laboratoriyalar, məsələn, Gümrü, Vanadzor, İcevan və işğal altında olan Azərbaycan torpaqlarında, konkret olaraq keçmiş Martunidə yerləşir. Bu şəbəkənin yaradılmasına  ABŞ 50 mln. dollar sərf edib. Rusiya nəşri yazır ki, Ermənistandakı laboratoriyaların ikili – hərbi və mülki əhəmiyyət daşıdıqları barədə şübhələr çoxdan var idi. Məsələn, Rusiya nəşri sual edir - nədən hələ də laboratoriyanın ABŞ Səhiyyə Nazirliyi deyil, Pentaqonun maliyyələşdirdiyi sualına cavab tapılmır? Eləcə də, minlərlə km məsafə qət edib burda tədqiqat işi aparılır. Məgər ABŞ-ın özündə belə laboratoriyalar yaratmaq ucuz başa gəlməzdi? Əgər məntiq qanunlarına əsaslansaq, onda cavab üzə çıxır – ABŞ qanunları buna imkan vermir. Ortada Quantanamo təcrübəsi var. İkinci aspekt, heç kim təminat verə bilməz ki, " məsələ təsadüfən azadlığa (məsələn, zəlzələ nəticəsində) çıxa bilməz”. Zərər çəkən də əhali olacaq. Bu səbəbdən də, ən yaxşısı, risk zonasında "yad” əhalinin yaşamasıdır.

Xatırladaq ki, Rusiya dəfələrlə Ermənistan ərazisində biolaboratoriyalarla bağlı narahatlığını ifadə edib. Yerevan da hər şeyin nəzarət altında olduğunu deməklə kifayətlənib. XİN rəhbəri Zohrab Mnaçakanyan MK-ya müsahibəsində laboratoriyalarla bağlı mövqeyini bölüşüb. Nazir bildirib ki, SSRİ dağıldıqdan sonra Ermənistanın bioloji təhlükəsizliyi çox aşağı səviyyədə idi: Bizim həkimlər külək əsəndə belə epidemiyanın yayıla biləcəyindən ehtiyat edirdilər. Bu laboratoriyalar Ermənistana məxsusdur və sırf ölkənin təhlükəsizliyinə xidmət edir və başqa məqsəd də yoxdur. Rusiyalı həmkarlarımızla əməkdaşlıq edirik, onlar laboratoriyaya baş çəkiblər və hər hansı təhlükəli işlərin aparılmadığının şahidi olublar”. Qəzetin əməkdaşı bildirib ki, ötən il rusiyalı jurnalistlərin tərkibində Yerevanda olanda baş nazir Nikol Paşinyanla da görüşüb və ona biolaboratoriyalar barədə sual verib. Baş nazirin mövqeyi budur ki, hazırda Ermənistanın nəzarəti altında olan laboratoriyalar onun mülkiyyətidir və orada erməni mütəxəssisləri çalışır. Əlavə edib ki, laboratoriyanı rusiyalı mütəxəssislərin üzünə açıb və onlar nə vaxt istəsələr ora gedib onların Rusiya üçün təhlükəli hər hansı bir işlə məşğul olmadıqlarına əmin ola bilərlər.

Müəllif ardınca yazır: "Bəs Ermənistanda nə baş verdi? Martın 22-də bəlli olur ki, Səhiyyə Nazirliyinə tabe olan biolaboratoriyada işlər dayanıb və orada dezinfeksiya işləri aparılır. Bir həftə sonra isə 14 əməkdaşın xəstə olması barədə xəbər yayılır. Dərhal da hamını belə bir sual düşündürüb - axı onlar necə yoluxa bilərlər? Çox güman ki, koronavirus testi zamanı. Əməkdaşlardan kimsə onu kənardan gətirib və hamını yoluxdurub? Lakin onda belə çıxır ki, onlar çöldə insanlarla ünsiyyətdə olublar və xəstə olan zaman testlər aparıblar. Ən yüksək təhlükəsizlik qaydalarının əməl olunduğu iddia edilən laboratoriya, belə çıxır, özü infeksiyanın yayılmasının mənbəyi rolunda çıxış edir? Bu suallara nə Səhiyyə Nazirliyi, nə də laboratoriya rəhbərliyi hələ də cavab verməyib”.  Erməni politoloq Armen Xanbabyan isə qəzetə açıqlamasında bildirib ki, ABŞ laboratoriyası hər zaman Rusiyanı narahat edib: "Düzdür, əvvəlki rəhbərlik dövründə bu məsələ, nədənsə, onu narahat etmirdi. Hakimiyyət dəyişikliyindən sonra yenidən bu barədə danışmağa başladılar”.

Məqalə maraqlı bir sonluqla başa çatır. "Suallara cavab tapılmır. Onlardan ən vacibi isə budur - əgər biolaboratoriya öz əməkdaşlarını qoruya bilməyibsə, onda Ermənistanı necə qoruya bilər?” (Azər Nuriyev, 2020 a).


Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin