09.06.2020.
ABŞ Rusiya ilə strateji stabilliyin təmin edilməsi məsələsində ikitərəfli müzakirələr aparacağını təsdiq edib və bu mövzuda Çinin də iştirak etməsinin əhəmiyyətini vurğulayıb.
ABŞ prezidentinin silahlanmaya nəzarət üzrə xüsusi nümayəndəsi Marşall Billinqsli deyib ki, “Bu gün Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov ilə iyun ayında nüvə silahı ilə əlaqədar danışıqların vaxtı və yeri ilə razılaşdım. Çin də dəvət olunur. Çin gəlib vicdanla danışıqlar aparacaqmı?”.
“Bloomberg” daha əvvəl bildirib ki, danışıqlar iyunun 22-də Vyanada keçiriləcək (ABŞ Rusiya ilə nüvə silahı.., 2020).
Həmin gün yayılan bir xəbərdən belə məlum olur ki, ABŞ-ın “F-15E” qırıcı-bombardmançı təyyarəsinin “B61-12” atom bombasını daşıya bilməsi ilə bağlı sınağı uğurla həyata keçirilib.
Sınaqlar ABŞ Hava Hərbi Qüvvələrinin iştirakı ilə baş tutub və mart ayında Nevada səhrasında həyata keçirilib. Lakin bu barədə məlumat indi verilib.
Sınaqlar sayəsində yarım əsr əvvəl silahlanmaya daxil edilən bombaların istifadəsi daha 20 il uzadıla biləcəyi ifadə edilib.
Qeyd edək ki, 2017-ci ildə ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi İdarəsi (NNSA) Hava Hərbi Qüvvələrinin iştirakı ilə iki dəfə döyüş başlığı olmayan “B61-12” atom bombasını sınaqdan keçirib (ABŞ-ın “F-15 E” təyyarələri.., 2020).
Dostları ilə paylaş: |