Bəxtiyar Tuncay III dünya savaşi giRİŞ



Yüklə 2,93 Mb.
səhifə85/105
tarix01.01.2022
ölçüsü2,93 Mb.
#102794
1   ...   81   82   83   84   85   86   87   88   ...   105
12.06.2020.

Rusiya əleyhinə sanksiyalar paketində Rusiyadakı neft və qaz layihələrinə məhdudiyyətlər, Rusiyanın suveren borcları və Rusiyanın xarici ölkələrdəki nümayəndələrinin də daxil edilməsi məsələləri öz yerini tutub.

"Müasir Zaman" portalı xəbər verir ki, təklif olunan tədbirlərdən biri Rusiyanı SWIFT beynəlxalq bank transaksiyalar sistemindən çıxarmaqdır. Rusiya təbliğatına başçılıq edənlər və bir sıra digər fiziki və hüquqi şəxslərin də sanksiya siyahısına daxil edilməsi tövsiyyə edilir. Hesabat müəlliflərinin fikrincə, bu siyahıda Rusiyanın maraqlarını digər ölkələrdə təbliğ edənlər Ukrayna siyasətçisi Viktor Medvedçuk və gürcü oliqarx Bidzina İvanişvili kimi şəxslər də olmalıdır.

Sənəd Rusiya hakimiyyətini aşaraq "Rusiya xalqı ilə birbaşa ünsiyyət qurmaq və onların demokratiya və insan haqları uğrunda mübarizələrini dəstəkləməyə" çağırır.

Bu xəbərin Kreml üçün sürpriz olduğunu söyləmək çətindir. Hər halda, Putinin mətbuat katibi Dmitri Peskov artıq bu məsələyə münasibət bildirib. Onun sözlərinə görə, Kreml ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə biləcəyi barədə xəbərləri izləyir və məhdudiyyətləri "beynəlxalq hüquq baxımından qanunsuz" hesab edir.

"Bu planların kağız üzərində qalacağını və heç bir şəkildə reallaşmayacağını gözləyirik", - deyə Peskov əlavə etdi. Onun sözlərinə görə, bu cür impulslar ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına xidmət emir. Peskov Amerika siyasətçilərinin seçicilər arasında müvəffəqiyyət qazanması ilə Rusiya-Amerika münasibətlərinin pozulması arasındakı ənənəvi əlaqədən təəssüfləndiyini də söylədi.

"Ənənəvi olaraq, ölkəmiz və ikitərəfli Rusiya-Amerika münasibətləri ABŞ-da seçkilər dövründə müvəfəqiyyət əldə etmək istəyənlər üçün sakral bir qurbana çevrilir. Və bu, təəssüf doğurmaya bilmir", - deyə Peskov bildirdi.

Dövlət Dumasının odioz vitse-spikeri İrina Yarovaya da məsələyə münasibət bildirdi. Onun sözlərinə görə, ABŞ Konqresinin Rusiyanı terrorun sponsoru kimi tanımaq təklifi aqressiv və ağlasığmazdır. Yarovayanın fikrincə, ABŞ Konqresinin bu təklifləri beynəlxalq siyasətdəki polis məmuru Derek Çauvinin cinayətkar davranışını çox xatırladır: "Konqresmenlər qeyri-adekvatlıqda Dereklə rəqabət aparmaq qərarına gəliblərsə, bu cür addımların hansı nəticələrə gətirəcəyini də daha diqqətlə düşünməli və qiymətləndirməlidirlər".

Maraqlıdır ki, Yarovaya özü Dumada vətəndaşların hüquq və azadlıqlarının boğulmasına xidmət edən məntiqdənkənar qanunverici təşəbbüslərlə məşhurluq qazanıb.

Peskovun bu cür sanksiyaların "qanunsuz" olacağına dair sözləri üzərində düşünməyə dəyər. Maraqlıdır, bəs Peskova görə, başqa dövlətlərin ərazisini işğal etmək nə dərəcədə qanunidir? Gürcüstanın iki bölgəsini, Moldovanın bir bölgəsini, Ukrayna əraziləri olan Krımı və Donbassı silah gücünə nəzrətdə saxlayan Rusiya terrorçu kimi davranmırmı?

2014-cü ildən başlayarq Ukraynanın cənub-şərqində mütəşəkkil separatçı hərəkatların yaradılması, onların son 6 ildə müxtəlif növ silahlarla tam təmin edilməsi və Rusiya Federasiyasının xəzinəsindən “DXR” və “LXR” kimi separatçı birliklərin dövlət büdcəsindən, yəni Rusiya vətndaşlarının cibindən maliyyələşdirilməsi terrorizmə sponsorluq deyilsə, bəs nədir?

Putin rejimi faktiki olaraq Rusiya Federasiyasının bütün vətəndaşlarını terrorizmə sponsorluqda tərəfdaşa çevirib. Yuxarıda göstərilənlərin hamısı yalnız üzdə olan ən kobud, görünən nümunələrdir. Müxtəlif ölkələrin xüsusi xidmətlərinin köməyi ilə dediklərimizi sübut edəcək xeyli sayda başqa faktlar da üzə çıxarmaq olar. Buna görə də bu və digər hallar barədə söhbət gedəndə, Moskvanın ağzını açmaması daha məsləhətdir. Yoxsa, oğru elə bağırdı ki, doğrunun bağrı yarılır... (Rauf Orucov, 2020).


Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin