Bəxtiyar Tuncay III islam gəray xanin ilk dörd yarliğI III islam Gəray Xan



Yüklə 405,42 Kb.
səhifə1/2
tarix24.04.2020
ölçüsü405,42 Kb.
#102443
  1   2

Bəxtiyar Tuncay

III İSLAM GƏRAY XANIN İLK DÖRD YARLIĞI




III İslam Gəray Xan
1604-1654-cü illər arasında yaşadığı bilinən III İslam Gəray (سلام كراى‎) Xan əvvəlki Uluq Orda (Turan) xanlarından Salamat Gəray Xanın oğlu idi və onun xanlıq illəri IV Mühəmməd Gəray Xanın birinci və ikinci hakimiyyət illərinə, daha dəqiq desək, 1644-1654-cü illərə təsadüf edir.

Gəncliyində Reç Pospolita ilə savaşda əsir düşən III İslam Gəray ömrünün yeddi ilini (1629-1636) Polşada keçirmişdir. Əsirlikdən azad olandan sonra isə Osmanlı ərazisinə köçmüşdür. Uluq Orda xanı olan böyük qardaşı I Bahadır Xan tərəfindən1637-ci ildə kalğa (vəliəhd) təyin edilən İslam Gəray 1640-cı ildə Ukraynaya təşkil edilən hərbi yürüşə başçılıq etmiş və 1641-ci ildə, IV Bahadır Xanın ölümündən sonra yenidən Osmanlı torpaqlarına keçmək məcburiyyətində qalmışdı. Buna səbəb yeni xan seçilən və xəlifə tərəfindən təsdiq edilən IV Mühəmməd Gəray Xanın ona olan düşmən münasibəti idi.

1644-cü ildə IV Mühəmməd Gəray Xan Osmanlı sultanı və İslam xəlifəsi I İbrahim tərəfindən istefaya göndərildi. Xəlifə həmin vəzifəyə yerli bəylər tərəfindən Uluq Ordanın yeni uluq xan seçilən III İslam Gəray Xanı təsdiqlədi. O, hakimiyyətə gələr-gəlməz, kiçik qardaşı Qırım Gərayı kalğa, qardaşı oğlu Qazi Gərayı isə nurəddin, yəni ikinci vəliəhd təyin etdi. Qırım Gərayın 1651-ci ildə vəfatından sonra sonuncu onun yerinə kalğa oldu. Nurəddin vəzifəsinə isə xanın kiçik qardaşı Adil Gəray gətirildi.

III İslam Gəray Xanın hakimiyyəti dövründə Uluq Orda (Turan) dövlətində daxili çəkişmələr son buldu, ölkədə sabitlik bərqərar edildi. Dövlətin bütün ərazisində, xüsusən də Kırımda xanın şəxsi xəzinəsi hesabına geniş quruculuq abadlıq işlərinə start verildi. Çox sayda yol salındı, qala, karvansa, körpü, ictimai bina, su arxı və fəvvarə tikildi.



III İslam Gəray Xan əski slavyan (rus, Polşa və Ukrayna) mənbələrində daha çox kazaklara, onların başçısı Boqdan Xmelnitskiyə dəstək verən xan kimi yad edilir.


Yüklə 405,42 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin