Xan Mühəmməd Gəray bin Səlamət Gəray Xan Han (Документы Крымского Ханства.., 2017, s. 133-134).
IV Mühəmməd Gəray Xanın Mixail Fyodroviçə göndərdiyi üçüncü yarlıq (1643-cü il)
IV Mühəmməd Gəray Xandan dövrümüzədək yetişmiş 29 yarlıqdan beşincisi də rus çarı Mixail Fyodroviçə ünvanlanmışdır. Bu onun Moskva çarına ünvanladığı üçüncü yarlıqdır. Həmin sənəd də 1643-cü ildə qələmə alınıb və Hüseyn Fеуzxanovun arxivində “№ 71” şifrəsi altında qorunmaqdadır.
Yarlığın qısa məzmunu belədir:
Çarın elçisi Qriqoriy Neronov və katib Nikita Qolovninin gəlişi. Xəzinə, bölək və tiyişlərin gətirilməsi. Xanın əski əhdnaməyə uyğun olaraq əhdinə və andına onları pozmadan sadiq qalması. Çarın məmləkətinə ziyan vurulmaması ilə bağlı öhdəlik. Bununla bağlı tatar və noğaylara, eləcə Beş Baş kazaklarına göstərişin verilməsi. Göstərişə tabe olmayanların cəzalandırılacağı barədə qərar.
Xanın icazəsi olmadan Moskva sərhədlərinə - Baş Başa düzənlənmiş səfər barədə çarın məhəbbətnamə məktubu. Beş Baş kazaklarının qaçaraq gizlicə Polşa torpaqlarına geçmək niyyəti. Xanın əmrinə əsasən bəzi pis niyyətli Beş Baş sakinlərinin cəzalandırılması. Xanın Beş Başda götürülmüş əsirləri qarşılıqsız olaraq almaşuva göndərmək barədə niyyəti. Xanın bu barədə öncəki məktubu. Xanın çardan inciklik saxlamamaq barədə xahişi.
Çarın elçisi Borisin əvvəlki şərtnaməyə uyğun olaraq xəzinə və hədiyyələri gətirməsi. Çardan öz elçilərinə gələcəkdə də xəzinə və hədiyyələrin vaxtında və əksiksiz çatdırılması barədə göstəriş verməsi haqqında xahiş.
Xanın hədiyyələrlə bağlı narazılığı. Elçilərin gətirdikləri hədiyyələrdəki əksikliklər, məsələnin müzakirəsi və mübahisələrdən sonra əksikliklərin ödənilməsi. Xanın çardan bu tip anlaşmazlıqların səbəbinin araşdırılması barədə xahişi. Xanın çarın elçilərini qəbul etməsi və onları dinləməsi. Dost salamlarının, xəzinə, bölək və tiyişlərin qəbul edilməsi.
Çarın nökər, quşçu və arabaçılarının qaytarılması və onların Osman Çələbi ilə birlikdə yola salınması. Tatar elçisinin cavab məhəbbətnaməsi ilə birlikdə geri yola salınması barədə xahiş. Elçini uzun müddət və xəbər-ətərsiz əyləməmək barədə xahiş. Almaşuvun (təhvil-təslimin) erkən gerçəkləşdirilməsi. Almaşuvun oktyabrda həyata keçirilməsi barədə əvvəlki qərar və onun sonraya saxlanılması. Geçikməni yaratdığı ziyan və çətinliklər. Almaşuvun tezliklə həyata keçirilməsi barədə məlumat verilməsinin istənməsi. Əskikliklərin ödənilməsi barədə dəftər. Yeni xahişlərin qəbul edilməsi. Don kazakları tərəfindən İstanbuldan gələn elçinin tutularaq Razdor qalasında saxlanılması. Don sahilində danışıq aparmaq üçün Don kazakları və kalmıkların göndərdikləri elçilər.
Don kazaklarının xəzinəni qəbul etmək xahişi ilə çara elçi göndərmələri. Don kazaklarının çıxartdıqları üsyan. “Dil”dən xan üçün məlumatlar. Xanın çardan Don kazaklarını cilovlamasını xahiş etməsi.
Don kazakları və kalmıklar arasında ittifaq və üsyan. Xanın üsyanı yatırtmaq barədə çara məxsus torpaqlara hərbi səfər təşkil etməyə hazır olması. Xanın hər iki yurda dinclik və hüzur arzulaması.