Bəxtiyar Tuncay IV müHƏMMƏd gəray xanin yarliqlari IV mühəmməd Gəray Xanın dövründə kəsilmiş sikkə


IV Mühəmməd Gəray Xanın Mixail Fyodroviçə göndərdiyi birinci yarlıq (1642-ci il)



Yüklə 0,54 Mb.
səhifə2/72
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#104267
1   2   3   4   5   6   7   8   9   ...   72
IV Mühəmməd Gəray Xanın Mixail Fyodroviçə göndərdiyi birinci yarlıq (1642-ci il)

IV Mühəmməd Gəray Xandan dövrümüzədək 29 yarlıq yetişmişdir. Onlardan birincisi rus çarı Mixail Fyodroviçə ünvanlanmışdır. Həmin yarlıq 1642-ci ildə qələmə alınıb və Hüseyn Fеуzxanovun arxivində “№ 62” şifrəsi altında qeyddən keçirilib.

Yarlığın qısa məzmunu belədir:

Xanın çara göndərdiyi əhdnamə. Elçi Aleksey Çubarov və katib İvan Baybakovun xan tərəfindən qəbul edilməsi. Qərəçi Canteymur bəyin almaşuva (təhvil-təslim yerinə) göndərilməsi. Elçi İslam Mirzənin xanın məhəbbətnaməsi ilə çara göndərilməsi. Xanın çardan almaşuvda göndərilməli olan xəzinə (bac-xərac), bölək (böyük hədiyyə), qoltqa (xeyir-dua hədiyyəsi) və tiyişləri (hədiyyələri) göndərməyə hazır olub-olmaması barədə öncədən məlumat verməsini istəməsi.

Xanın çardan dəftərə uyğun olaraq xanın xidmətçilərinə də 20 tiyiş (hədiyyə) göndərməsini xahiş etməsi. Moskva elçilərinin tərsliyi və xandan əhdnaməni qəbul etmək istəməmələri. Tatar əyanlarının Moskva üzərinə yürüş təşkil etmək barədə təklifi. Əhdnamənin xanın əmrinə əsasən elçilərə zorla qəbul etdirilməsi. Xanın andı. Dəftərdar üçün nəzərdə tutulmuş tiyişin (hədiyyənin) samur xəzi ilə əvəzlənməsi barədə xahiş. Tiyiş (hədiyyə) göndərilməsi tələb edilən 20 əməkdar xidmətçinin siyahısı.

Xanın əmrinə əsasən 9 əsirin qarşılıq istənilmədən Moskvaya göndərilməsi.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin