IV Mühəmməd Gəray Xanın Aleksey Mixailoviçə göndərdiyi on ikinci yarlıq (1661-ci il)
IV Mühəmməd Gəray Xanın Moskva çarına göndərdiyi 1661-ci il tarixli on ikinci yarlıq Hüseyn Fеуzxanovun arxivində “№ 192” şifrəsi altında qorunmaqdadır. Bu sənəd sözügedən xana məxsus 29 yarlıqdan iyirmi üçüncüsüdür.
Yarlığın qısa məzmunu: Polşaya qarşı mübarizə aparan Zaporojye kazaklarına xanlıqdan yardım. Zaporojye Seçası ilə Polşa arasında barışıq. Moskva qoşunlarının Zaporojyeyə müdaxiləsi və Moskvanın Polşaya uğursuz yürüşü. Zaporojye kazaklarının yenidən xandan kömək istəmələri. Moskva qoşunları Kiyev, Pereyaslav və Nijnada. Don kazaklarının Don sahillərinə və Çərkəskermana reydləri. Çarın Don kazaklarının ona tabe olmamalarını bildirməsi. Çarın qoşunlarının dənizlə 500 qayıqla gəlişi.
Xanın göstərişi ilə qalaların qurulması. Çarın Çərkəskermana qoşun göndərilməsi. Sultanın 5 minlik atıcı qoşununun və Kəfə paşasının 10 minlik qoşununun Azak qalasına göndərilməsi. Çarın Polşa torpaqlarını işğal etməsi. Xanın Polşa kralı ilə dostluğu.
Xanın çardan Polşa torpaqlarına girməməsini və xəzinəni göndərməsini xahiş etməsi. Xanın çardan kazakların işinə qarışmamasını və qoşunlarını Zaporojyedən çıxarmasını istəməsi. Ehtiyac yaranacağı halda xanın Moskvaya qarşı savaşa hazır olması. Xanın yalan barədə ittihamları. Xanın çar elçisinin göndərilməsini xahiş etməsi. Kazak-Moskva qoşunlarının (7 min kazak) Don üzərindəki Seferislam qalası yanında məğlub olması. Məğlub olan tərəfin döyüş bölgəsində bayraqlarını atıb qaçması. “Dil”lərin ələ keçirilməsi.