Xan Mühəmməd Gəray bin Səlamət Gəray Xan (Документы Крымского Ханства.., 2017, s. 170-171).
IV Mühəmməd Gəray Xanın Polşa kralına göndərdiyi tarixi bilinməyən yarlıq (?)
IV Mühəmməd Gəray Xanın Polşa kralına göndərdiyi dəqiq tarixi məlum olmayan bu yarlıq Hüseyn Fеуzxanovun arxivində “№ 369” şifrəsi altında qorunmaqdadır. Bu sənəd sözügedən xana məxsus 29 yarlıqdan sonuncusudur.
Yarlığın qısa məzmunu:
Mühəmmədşah Mirzə və Telşinin məktubla Krıma gəlmələri. Marşalkanın günahı və onun vəzifəsindən alınması. Marşalkanın xana günahsız olması və şərlənməsi barədə məktubu. Elçi Dədəş ağanın Polşaya Marşalkanın bağışlanması və əvvəlki vəzifəsinə bərpa edilməsinin yazıldığı məktubla yola düşməsi. Maraşalkanın guya pis niyyətləri olduğu barədə kralın xanı xəbərdar etməsi. Xanın Marşalkaya zamin durması və Marşalkanın düz xidmət etdiyinə əminliyini bildirməsi. Günahkarın cəzalandırılmasının düşmənə xeyir verə biləcəyi. Xanın qulluqçusunun Marşalkanın yanına gələrək xanın ondan yolundan sapmamasını və Polşa kralına sədaqətlə xidmət etməsini tələb etdiyini bildirməsi.