Bi-məqam Bağçasaray əl-məhrusə (Документы Крымского Ханства.., 2017, s. 139).
IV Mühəmməd Gəray Xanın Mixail Fyodroviçə göndərdiyi yeddinci yarlıq (1644-cü il)
IV Mühəmməd Gəray Xanın Moskva çarına göndərdiyi 1644-cü il tarixli bu yarlıq Hüseyn Fеуzxanovun arxivində “№ 90” şifrəsi altında qorunmaqdadır. Bu sənəd sözügedən xana məxsus 29 yarlıqdan onuncusudur.
Yarlığın qısa məzmunu:
Elçi Qriqoriy Neronov və katib Nikita Qolovnin Kırımda. Çapar Osman Çələbənin Moskvaya məhəbbətnamə ilə yola salınması. Xəzinənin gecikdirilərək qışda göndərilməsi və bununla bağlı yaranmış çətinliklər barədə xanın məlumatlandırılması.
Almaşuvun vaxtı, xanın almaşuva sentyabrın əvvəlində gəlinməsi barədə xanın xahişi. Sultanın elçisinin Razdor qalasında saxlanılması və xanın bunun səbəbini aydınlaşdıra bilməməsi. Tatar çaparının qayıtmaması və çapar Qazi bəyin Moskvaya yola salınması. Elçi Arslan ağanın gecikdirilməməsini və maneəsiz olaraq Kırıma qayıtmasını təmin etmək üçün çarın Don kazaklarına göstəriş verməsi barədə xanın xahişi. Xan və sultanın Moskvaya dost yekdilliklə dostluq münasibəti bəslədiyi barədə xanın sözləri. Xanın çardan Osman Çələbi tərəfindən çatdırılmış məhəbbətnaməyə cavab yazmasını xahiş etməsi. Xanın xahişlərinin yerinə yetirilməsi.