Bi-məqam Bağçasaray əl-məhrusə (Документы Крымского Ханства.., 2017, s. 141-143).
IV Mühəmməd Gəray Xanın kral Yan Kazimirə göndərdiyi birinci yarlıq (1654-cü il)
IV Mühəmməd Gəray Xanın kral Yan Kazimirə göndərdiyi 1654-cü il tarixli birinci yarlıq Hüseyn Fеуzxanovun arxivində “№ 165” şifrəsi altında qorunmaqdadır. Bu sənəd sözügedən xana məxsus 29 yarlıqdan on ikincisidir.
Yarlığın qısa məzmunu: Keçmiş xan İslam Gəray Xan tərəfindən elçi Süleyman ağanın kral Yan Kazimirəin hüzuruna göndərilməsi. İki dövlət arasında dostluq və hərbi yardım. Moskva üzərinə birgə yürüşlər, Polşanın Uluq Ordanın (Turanın) daxili işlərinə qarışmaqdan və tatar torpaqlarına hücum etməkdən imtina etməsi. Kamenetsə illik peşkəşlərin göndərilməsi. Polşa əyanlarının Süleyman ağa qarşısında and içməsi. Elçi Mariuş Stanislav Yaslavskinin polşalılardan əhdnamə gətirməsi. Mühəmməd Gəray Xanın xanlığı. Xanın altun baysalı əhdnaməsi. Xanın kraldan Moskva çarları ilə ittifaq qurmamasını və Xanlığın daxili işlərinə qarışmamasını xahiş etməsi. Qarşılıqlı hərbi yardım və ticari əlaqələr. Dnepr kazaklarının Moskva ilə əlaqələrini kəsəcəyi halda onlara ziyan vurulmaması barədə xanın kraldan xahişi. İllik peşkəş və hədiyyələr. Xanın andını pozmayacağı və sultanların (xanzadələrin), mirzələrin (bəyzadələrin) və digər zadəganların Polşa torpaqlarına ziyan vurmayacaqları barədə təminatı.