Xan Mühəmməd Gəray bin Səlamət Gəray Xan (Документы Крымского Ханства.., 2017, s. 151-153).
IV Mühəmməd Gəray Xanın Aleksey Mixailoviçə göndərdiyi səkkizinci yarlıq (1657-ci il)
IV Mühəmməd Gəray Xanın Moskva çarına göndərdiyi 1657-ci il tarixli səkkizinci yarlıq Hüseyn Fеуzxanovun arxivində “№ 181” şifrəsi altında qorunmaqdadır. Bu sənəd sözügedən xana məxsus 29 yarlıqdan on doqquzuncusudur.
Yarlığın qısa məzmunu:
Ercsl (Transilvaniya) kralının Polşanı işğal etmək məqsədilə Dnepr kazakları ilə ittifaq qurması. Kazaklardan 20 minlik qoşun uardımı. İsveç qoşunlarının Krakov yaxınlarında müttəfiqlərə qoşulması. Polşa qoşununun müqavimət göstərə bilməməsi və xana kömək üçün elçi göndərilməsi. Erdel və İsveç qoşunlarının polşalıları Litva sərhədlərinə qədər təqib etməsi. Xanın yürüşə çıxması. Polşa qoşunlarının Litvadan çıxaraq, Varşava üzərindən düşməni təqib etməsi. Düşmənlərin tatar qoşunlarının yaxınlaşmasından xəbər tutması. İsveç qoşununun aurılması. Erdel və kazak qoşunlarının Macarıstan üzərindən geri dönməsi.
Tatar qoşunlarının Kamenetska gəlişi. Kazakların Zaporojyeyə qayıtması və onların tatar qoşunları tərəfindən darmadağın edilməsi, kazakların qaçması. Erdel kralının qorxuya düşməsi və polyaklardan onları tatarlardan qorumaq barədə xahişi.
Tatar qoşunlarının qənimətlə geri dönməsi. Moskvada, Polşa darvazası yaxınlığında qarışıqlıq, fiymə və qarşıdurma. Tatar elçilərinin döyülməsi və Mühəmməd Emildeşin öldürülməsi. Xilas olan elçilərin çardan məktub gətirmədən gəlməsi. Elçi Toxtamışın Moskvaya göndərilməsi. Əvvəllər heç vaxt baş verməyən həmin hadisə ilə bağlı xanın tövsiyyə və təəssüfü. Keçmişdə çar boyarının Mühəmmədşah bəylə hörmətsiz davranmasının çara xatırladılması. Tatar elçisinin alçaldılamsı və xanın bunu tərədənlərin cəzalandırılması və xəzinənin payızda göndərilməsi barədə xanın xahişi.