IV Mühəmməd Gəray Xanın Yan Kazimirə göndərdiyi üçüncü yarlıq (?)
IV Mühəmməd Gəray Xanın Yan Kazimirə göndərdiyi dəqiq tarixi məlum olmayan üçüncü yarlıq Hüseyn Fеуzxanovun arxivində “№ 364” şifrəsi altında qorunmaqdadır. Bu sənəd sözügedən xana məxsus 29 yarlıqdan iyirmi səkkizincisidir.
Yarlığın qısa məzmunu:
Kral Yan Kazimirin elçisinin məhəbbətmaə ilə gəlməsi, Osman ağanın Krıma dönüşü. Polşa-İsveç və Polşa-Prussiya münasibətlərində gərginlik. Xanın həmin məsələləri yoluna qoymaq barədə məlumatı və yayada Şərqə səfərlər. Xanın kraldan baharda Şərq istiqamətindəki işlərə hazırlıq barədə xahişi. Elçi əl-Həcc Qazinin krala göndərilməsi, xanın qışa doğru xəbər gözləməsi.
Yan Kazimirin Moskva ilə sülh bağlamaq niyyəti. Moskvanın kazak qalalarına hakim olmaq və kazaklarla əməkdaşlıq etmək istəməsi. Xanın kralı Moskva ilə sülh fikrindən daşındırmağa çalışması. Xanın öz məktublarında Çasar (Avstriya) və Danimarka krallarının Uluq Orda ilə Polşa arasında dostluq, eləcə də həmin kralların da Polşa ilə dost olmasının lazım olduğu barədə xəbərdar etməsi.