Bəxtiyar Tuncay murad gəray xanin yarliqlari


Yazıldı altun taxtgahımız Bağçasarayında biñ toqsan bir yılında, Yanar aynıñ üçünçi künündə, böylə biləsiz



Yüklə 0,62 Mb.
səhifə10/31
tarix10.01.2022
ölçüsü0,62 Mb.
#109478
1   ...   6   7   8   9   10   11   12   13   ...   31
Yazıldı altun taxtgahımız Bağçasarayında biñ toqsan bir yılında, Yanar aynıñ üçünçi künündə, böylə biləsiz.

Murad Gəray Xan bin Mübarək Gəray Sultan (Документы Крымского Ханства.., 2017, s. 294-296).

Murad Gəray Xanın Moskva çarı Fyodor Alekseyeviçə 1681-ci il tarixində göndərdiyi ikinci yarlığı onun eyni çara üst-üstə üçüncü, ümumilikdə isə elmə məlum olan dördüncü yarlığıdır. Sənəd Hüseyn Fеуzxanovun arxivində “№ 253” şifrəsi altında qeydə alınıb.



Yarlığın qısa məzmunu:

Xanın öz sağlamlığı və hal-əhvalı barədə məlumta verməsi. Xan çaparı Kamal ağanın çarın yanına yola düşməsi. Elçi Tyapkin, süfrəçi, polkovnik Pereyaslav və dyak Nikita Zotovun Kırıma gəlişi. Sülh və dostluq barədə danışıqlar. Altun baysalı şərtnamə yarlığı. Osmanlı sultanının əhdnaməsinin elçiyə verilməsi. Xan çaparı Kamal ağanın göndərilməsi. Xanın üç illik xəzinənin və illik xəzinənin almaşuva göndərilməsini istəməsi. Xana, ailəsinə, əyan və qulluqçulara dəftər əsasında hədiyyələr. Kalğa və nurəddin üçün xəzinə, qoltqa (xeyir-dua hədiyyədi) və böləklər (kiçik hədiyyələr). Xanın öz təəbələrinə Moskva çarlığının ərazilərinə zərər və ziyan vurmağı yasaqlaması. Xanın Moskvadan Barabaş kazaklarına və Dneprə qədər olan xanlıq torpaqlarına ziyan və zərər vurmamalarını tələb etməsi.



Qayıqların suya çıxması və quldurların quruilə hərəkətinin önlənməsi barədə xanın xahişi. Xanın çardan öz elçisini dostluq tellərinin bərkitmək üçün təcili Osmanlı sultanına göndərməsini istəməsi. Xanın Moskvadan Osmanlı sultanına 20 somluq samur xəzinin göndərilməsi barədə öhdəliyi. Xəzinədar Sadıq ağaya, dəftərdar Qutluşah ağaya samur, kiçik xəzinədar Qabil ağaya və baş gəlirçi Mustafa ağaya sansar hədiyyəkəri. Dəftərə divan əfəndisi Musrafa əfəndi üçün hədiyyənin əlavə edilməsi barədə xahiş.


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin