Bəxtiyar Tuncay murad gəray xanin yarliqlari


Yazıldı taxtgahımız Bağçasarayında, biñ toqsan bir yılında, yanar ayında, üçünci künündə



Yüklə 0,62 Mb.
səhifə12/31
tarix10.01.2022
ölçüsü0,62 Mb.
#109478
1   ...   8   9   10   11   12   13   14   15   ...   31
Yazıldı taxtgahımız Bağçasarayında, biñ toqsan bir yılında, yanar ayında, üçünci künündə.

Murad Gəray Xan bin Mübarək Gəray Sultan (Документы Крымского Ханства.., 2017, s. 296-298).

tarixi bilinməyən yarlıq

Murad Gəray Xanın Moskva çarı Fyodor Alekseyeviçə göndərdiyi, dəqiq tarixi bilinməyən yarlığı onun eyni çara üst-üstə dördüncü, ümumilikdə isə elmə məlum olan beşinci yarlığıdır. Sənəd Hüseyn Fеуzxanovun arxivində “№ 254” şifrəsi altında qeydə alınıb.



Yarlığın qısa məzmunu:

Osmanlı sultanına çarın elçisinin 20 som dəyərində samur xəzi ilə göndərilməsi barədə çapar və elçi vasitəsilə çatdırılmış məhəbbətnamə yarlığında yazılanların xan tərəfindən xatırladılması. Xanın aqu qoşularaq Osmanlı sultanına yola salınması üçün Kırıma elçi göndərilməsini istəməsi. Tatar çaparının Moskvadan almaşuva göndərilməsi və üç illik xəzinənin Prapolşinadakı almaşuva çatdırılması barədə xahiş. Kazakların Səədigey ağanın qərargahına hücumu, tatar və Moskva elçilərinin öldürülməsi və mallarının qarət edilməsi. Xanın çardan kazakları yaxalayaraq cəzalandırılmasını və qarət edilmiş malların qaytarılmasını rica etməsi. Don kazaklarının tatar elçisi Mühəmmədin qərargahına hücumu və talançılıq törətmələri. Xanın qarət edilmiş şəxsi mülkiyyətin qaytarılmasını tələb etməsi. Kalğanın elçi Xəlil ağa ilə birlikdə yolda olarkən öldürülən elçisini öldürən kazakların cəzalandırılması barədə tələb.



Adil Gəray Xan dövründəki dəfətərə uyğun olaraq tiyişlərin göndərilməsi. Xanın qazaqdaşlar və divan əfəndisi Mustafa əfəndi üçün 4 tiyişin göndərilməsi barədə istəyin xatırladılması. Katib Abdullah İsmayıl oğluna samur xəzi hədiyyəsi göndərilməsi barədə xahiş. Dəftərə 6 tiyişin əlavə edilməsi. Xanın yaxın adamlarından Süleyman ağanın tiyişinin sansardan samura dəyişdirilməsi barədə xahiş. Xan çaparının əvvəlki borclar və kazakların azad edilməsi bahasının qeyd edildiyi dəftəri çatdırması.


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin