Baqı əd-dua ali min etba əl-Xuday.
Yazıldı bargahımız Fərahkerman tışqarusında Qañılçaq boyunda, hicrət-i Nəbəviyəniñ biñ toqsan iki sənəsində Ramazan-i Şərifiñ yigirmi altınçı künündə pəncşənbih künündə.
Xan Murad Gəray bin Mübarək Gəray Sultan (Документы Крымского Ханства.., 2017, s. 300-301).
Murad Gəray Xanın Moskva çarı Fyodor Alekseyeviçə 1682-ci ildə göndərdiyi yarlıq Hüseyn Fеуzxanovun arxivində “№ 261” şifrəsi altında qeydə alınıb. Bu onun eyni çara göndərdiyi üst-üstə altıncı və sonuncu, ümumilikdə isə elmə məlum olan yeddinci yarlığıdır.
Dostları ilə paylaş: |