Yarlığın qısa məzmunu:
Çarın onun titulunun “əlqab” formasında yazılması barədə xahişinin yerinə yetirilməsi. Keçən il, hicri tarixi ilə 1091-ci ildə 20 illik sülh müqaviləsinin bağlanması. Çardan Kiyevdən Potkalıya qədər olan ərazidə, Dnepr çayının hər iki sahili daxil olmaqla, qalalrın tikilməməsi və dağıdılmış qalaların bərpa edilməməsi barədə tələb. Süləş oğlu Kamal Mirzənin xanını altun baysalı şərtnaməsini çara aparması. Xanın tatar əyanlarını – kalğa Toxtamış Gəray Sultan, nurəddin Səadət Gəray, bəylər, mirzələr və digərlərinin nəzarətdə saxlamaq və onların Moskva torpaqlarına ziyan və zərər vurmamaları barədə öhdəliyi. Zülqədə ayında süfrəçi Naraiy Melmitskiy və katib Fyodr Martınovın Kırıma gəlişi. Elçilərin qəbulu və məktubun oxunuşu.
Göndərilmiş kürklərin keyfiyyət və kəmiyyətində qüsurlar. Çarın kalğa, nurəddin və sipahilərə üç illik vergi qismində göndərilmiş yumşaq əsbablar (xəz-dəri) barədə bildirdikləri. Qüsurlar olacağı halda onların altın axça ilə təlafe ediləcəyinin diqqətə çatdırılması. İllik tiyiş (böyük hədiyyə). Elçinin iki il ərazində göndərilməli olan kürklərin əvəzinə altun axça ödəməsi. Tatar katib və tacirlərinin kürklərin qiymətini dəyərləndirməsi və ödənilən pulun azlıq təşkil etdiyini söyləməsi. Moskva səfirlərinin əvvəlki dəftərlərində səhvlərin olmadığı halda, hazır ki, səfirin dəftərində uyğunsuzluqların var olması.
Qalıq borc və hədiyyələr. Çara başqa, yeni dəftərin göndərilməsi. Xəzinədən öncə şunqar quşlarının göndərilməsi ənənəsi. Şunqarın olmaması və ya almaşuva yolçuluq zamanı yolda ölməsi halında min altun axça ödənilməsinin vacibliyi. Xəzinənin çatdırılması və onun yoxlanılması. Əvvəlki xəzinəyə aid şunqarlar. Yeni xəzinəyə şunqar və karçıqa quşlarının, çörək və araq yeşiyinin əlavə olunması. Xəzinənin almaşuva yay günü göndərilməsi. Daimi elçi Ustay Mirzənin saxlanılmaması barədə xahiş. Almaşuv vaxtının aklınça və almaşuv bəyi arasında razılaşdırılması. Çarın elçisinin xanın qulluqçularına hədiyyələr təqdim etməməsi. Moskva elçisinin dəftərində bəzi şəxslərə hədiyyələrin qeyd olunmamış olması.
Adil Gəray Xan dövründəki tiyişlərin (böyük hədiyyələrin) çapar Şahteymur Atalıq tərəfindən çatdırılan siyahısı və gələcəkdə onların da göndərilməsi barədə istək. 6 sultana (xanzadəyə) göndərilməli olan samur xəzi tiyişlərin şərtnamədə yer alması, lakin Moskva elçisinin bunu inkar etməsi. Bahadır Gəray Xan zamanın da xəzinənin dalınca almaşuva yollandığında 6 sultana (xanzadəyə) çatacaq tiyişlərin (böyük hədiyyələrin) olmadığının üzə çıxması.
Bikəçələrə (xan qızlarına) kalğaya (vəliəhdə), kalğanın yaxın adamına tiyişlərlərin, nurəddin (vəliəhd əvəzi, ikinci vəliəhd) üçün üç illik tiyişin, ana bəyim və xəzinə katiblərinə çatmalı olan tiyişlərin Moskva elçisi tərəfindən təqdim edilməməsi. Nurəddinin çara göndərdiyi dəftər. Xanın sultanlara (xanzadələrə) Moskva elçisini incitməmək barədə tapşırığı. Nurəddinin özünə 200 som axça və xanın vəzirinə 200 som axşanın qeyd edildiyi dəftəri. Çarın elçisinin bu nəsələdə yanlışlığa yol verməsi və nurəddinə 100, vəzirə isə 300 altun axça verməsi. Elçinin bunu ona çarın belə tapşırdığını söyləməsi. Xanın gələcəkdə bənzər səhvlərin olmaması barədə istəyi.
Tiyiş qismində xəz kürk almaları üçün 9 əməkdar qulluqçunun adının dəftərə əlavə edilməsi. Əvvəlki adət-ənənin əksinə olaraq almaşuvda almaşuv bəyinə və Süləş mirzələrinə (bəyzadələrinə) hədiyyələrin verilməməmsi. Qapıçı başı, qapıçılar, qapıçılar kəhyası və sarac başına hədiyyələrin çatdırılmaması. Çarın elçisi tərəfindən hörmətsiz davranış. Almaşuva yola salınan kərəçi mirzələri və bəylərinin də adlarının xəz kürk tiyişi (hədiyyəsi) almaları üçün qeyd edildiyi yeni dəftər. Terek qalasında əsir boyarın qaytarılması bahasının çatışmayan hissəsinin çərkəz knyazı Xasbulat tərəfindən Qanmühəmməd Mirzəyə ödənilməsi. Xanın bu məbləğin alınaraq Sadıq ağa vasitəsilə Kırıma göndərilməsi barədə xahişi. Dustaq Mixaylovun azad edilmək bahsının Mühəmmədşahın oğlu Bəymirzə Süləşə ödənməsi. Vasili Şeremetin azad edilməsi bahası barədə razılaşma. Azad edilmə bahasından qalma borc: camur xəzi və Bəymirzənin və Süleyman Mirzənin oğulları üçün yarlıqaş (xüsusi hədiyyə növü).
Boyar Şeremetin və süfrəçi knyaz Pomadanovskinin azad edilmə haqqından qalan borc və əsir sagiblərinə bu borcu təsdiq edən sənədlərin verilməsi. Adil Gəray zamanında azad edilmiş əsirlərin azad edilmə haqlarından qalma borcları almaq üçün Moskvaya çapar göndərilməsi. Çapar Mustafa ağaya 600 som pul və çapar Sadıq ağaya borcun qaytarılacağı barədə vəd.
Duma üzvünün göstərişi əsasında baş elçinin, əməkdar Səfər ağanın və nökərlərinin 30 atının müsadirə edilməsi və Kıırıma piyada dönüş. 30 ata görə kompensasiya tələbi. Barabaş kazaklarının hicri 1089-cu il tarixində çapar Sadıq ağanın qərargahına hücumu. Dəymiş ziyanın ödənilməsinin və pulun şəxsən Sadıq ağaya verilməsinin istənməsi.
Çapar Kamal Mirzə Süləş çarın qəbulunda . Qol və yaxalıqları kəsik kürklər. Don kazaklarının kalmıklarla birlikdə Kırımdan kənarda olan çobanlara hücumu və min baş heyvanı qaçırması. Heyvan sahiblərinin xana şikayəti. 50-60 kazakın gecə ikən Qazikermana hücumu. Qazikerman bəyinin şikayəti və arzuhalı (ərizəsi). Xanın əhdnaməyə sadiq qalınmasını və onun pozulmamasını istəməsi. Çarın məmləkətində müsəlmanlara xristianlığı qəbul etmələri məqsədi ilə edilən təzyiqlər və onların uzaq vilayətlərə köçürülməsi. Xanın və Osmanlı sultanının torpaqlarında bütün dinlərdən olan insanların azad ibadət edə bilməsi, xristianların da çox olması, xristian əsirlərə diqqətli yanaşma. Müsəlmanların təqibinə son qoyulması və günahkarların cəzalandırılması barədə tələb.
Çapar Sadıq ağanın möhürlü dəftəri çara təqdim etməsi. Dəftərin Bahadır Gəray Xan dövrünün dəftəri ilə uyğunluğu. Daimi elçi Ustay Mirzənin və çarın boyarının Moskvadan almaşuva yola salınması, xəzinənin çatdırılması. Çapar Sadıq ağanın Kırıma xəzinə barədə məlumat çatdırması.
Dostları ilə paylaş: |