Bəxtiyar Tuncay murad gəray xanin yarliqlari


Yazıldı taxtgahımız Baqçasarayında, miñ toqsan dört tarixində, Ramazan aynıñ axırında, baqı vəd-dua ali min etba əl-Xuday



Yüklə 0,62 Mb.
səhifə28/31
tarix10.01.2022
ölçüsü0,62 Mb.
#109478
1   ...   23   24   25   26   27   28   29   30   31
Yazıldı taxtgahımız Baqçasarayında, miñ toqsan dört tarixində, Ramazan aynıñ axırında, baqı vəd-dua ali min etba əl-Xuday.

Xan Murad Gəray bin Mübarək Gəray Sultan (Документы Крымского Ханства.., 2017, s. 314-317).

Murad Gəray Xanın elmə məlum on birinci yarlığı Barabaş getmanı Popoviçə göndərdiyi tarixi bilinməyən yarlıqdır. Bu sənəd Hüseyn Fеуzxanovun arxivində “№ 372” şifrəsi altında qeydə alınıb.



Yarlığın qısa məzmunu:

Baranaş getmanından məktub gətirən boyarın Krıma gəlişi.

Məktubun əsas maddələri:

1) Ötən il Nejindən Krıma göndərilən katib. Ondan xəbər olmaması barədə getmanın xanı məlumatlandırması. Xanın məktub hazırladığı dövrdə katib və yoldaşlarının ölümü.

2) Getmanın əsirlərin alınması və kazakların tatarlara dəyişdirilməsi yeri barədə sualları. Əsirlərin koşevoya göndərilməsi və bu barədə Krıma məlumat verilməsi. Əsirlərin dəyişdirilmə və altın axça qarşılığında azad edilmə yeri, yəni almaşuv kimi Yuxarı İslamkerman yaxınlığındakı adanın seçilməsi.

3) Getmanın kazaklara ov və balıqçılıq haqqının tanınması barədə xahişi. Ov və balıqçılığa xanın icazəsini təmin edən əvvəlki razılaşma. Enlik və Unqul çay mənsəblərinin o biri tərəfində - Akkerman – Kırım yolunda kazakların quldur hücumları, yolçulara hücum və atların oğurlanması. Cankermanda kazakların 30-40 at qaçırması. Tatarların kazakları təqib etmələri və onların Pasrana qaçmaları. Xanın quldurları cəzalandırmaq barədə xahişi.

4) Əvvəlki xanlar dövründə aşağı ərazilərdə balıq tutmaq və duz əldə etmək barədə mövcud olmuş razılıq. Hazırda isə xan tərəfindən ovçu, balıqçı və duzçıxaranların sərhəddii müəyyən edən yeni qalalardan bu biri tərəfə keçilməməsi barədə xəbərdarlığın olması. Qalalardan aşağı tərəfə keçmək üçün haqq odənilməsi və bu barədə Osmanlı sultanının Qazikerman bəyinə fərman göndərməsi. Böyüklüyündən asılı olaraq qayıqlardan vergi tutulması.

5) Çərkəz üzərinə yürüşdə iştirak etmək məqsədi ilə hər birinin iki atı olmaqla min kazakın ayrılması barədə xanın getmata göndərdiyi yarlıq. Xanın getmana və kazaklara yardım etməyə hazır olması.




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin