Bəxtiyar Tuncay murad gəray xanin yarliqlari



Yüklə 0,62 Mb.
səhifə21/31
tarix10.01.2022
ölçüsü0,62 Mb.
#109478
1   ...   17   18   19   20   21   22   23   24   ...   31
Yarlığın qısa məzmunu:

Hicri 1091-ci il. Çar Fyodr Alekseyeviç tərəfindən Vasiliy Tyapkin və dyak Nikitanın Kırıma gəlişi. Keçmiş dostluq və sülhün bərpa edilməsi barədə danışıqlar. Xanın altın baysalı şərtnamə yarlığı. Əvvəlki çar Fyodr Alekseyeviçin ölümü. Xanın knyazlara yeni şərtnamə göndərməsi. Hicri 1093-cü ilin 10 avqustundan etibarən 20 illik dostluq və sülh. Xanın Tyapkinə təqdim etdiyi şərtnaməyə əsasən Dnepr çayı sərhəddir, çayın hər iki tərəfində müdafiə sədlərinin qurulması və dağılmış sədlərin bərpası yasaqdır. Xəzinə və böləklərin (vergi və kiçik hədiyyələrin) qüsursuz göndərilməsi.

Kalğa və nurəddin üçün böləklər və xəzinə. Sultanlar (xan oğulları), hərəmxanadakı qadınlar, iç oğlanlar, yaxın ağalar və başqaları üçün tiyişlər. Almaşuv yeri – Prapolşina. Süləşoğulları bəy və mirzələrinin almaşuva göndərilməsi. Xanın özünün, adamlarının (kalğanın, nurəddinin, bəylərin, mirzələrin və s.) və Osmanlının Moskva torpaqlarına hərbi yürüşlər təşkil etməməsi barədə xanın öhdəliyi. Bunun sonrakı xanlar dövründə də beləcə davam edəcəyinə xan tərəfindən təminat verilməsi.

Günahkarların cəzalandırılması və qarət edilən malların qaytarılması şərti. Almaşuva elçilik missiyasının nümayəndələrinin sayının 5 elçi və onlarla birlikdə 20 adam, 3 çapar və 12 adam şəklində müəyyənləşdirilməsi. Tacirlərə xanın ölkəsində sərbəst dolaşmaq haqqının tanınması. Xanın altın baysalı, möhürlü şərtnaməsinin süfrəçi Nazariy Melnik və Fyodr Martınova təqdim edilməsi.




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin