BəXTİyar tuncay saklarin diLİ VƏ ƏDƏBİyyati ön söZ



Yüklə 212,83 Kb.
səhifə44/54
tarix01.01.2022
ölçüsü212,83 Kb.
#105316
1   ...   40   41   42   43   44   45   46   47   ...   54
"Burxan oğlu Tolpı Tüzün Uğan zahidin

Ələdüşməz müqəddəs yaxşılıqlarını öyən şerdən

Burk-şark (?) edib onun on yaxşılığını mən-Astanq özüm

Savab qazanmaq üçün qoşduğum hissə başladı." (118.214).

Budda özünü peyğəmbər elan edəndə onun 29 yaşı var idi. Təbii ki, o, həmin dövrə qədər evlənməmiş və övlad sahibi olmamış ola bilməzdi, çünki o şahzadə idi və şah nəslini davam etdirməklə mükəlləf idi. Fəqət buddist ədəbiyyatda onun ailəsindən və övladlarından söz açılmır. Lakin onun gerçəkdən də Tolpı Tüzün adında oğlunun olduğunu dolayısı ilə təsdiqləyən çox maraqlı bir fakt var.

Məlum olduğu kmi, Budda (Burxan) öz dinini yaradarkən, hinduizmdən çox şeyi o cümlədən ölülərin yndırılması adətini qəbul etmişdi. Buddizmdə də hinduizmdə olduğu kimi, kişinin meyidinə od vuran onun böyük oğlu olmalı idi. Buddist əfsanələrdə Buddanı yandıran adamın adı Drona (220.98) kimi çəkilir və bizcə, bu ad "Tüzün" antroponiminin zamanla və yad dillərin təsiri ilə dövrümüzə-dək çatan təhrif edilmiş formasıdır.

Buddanın oğlunun varlığına və gerçək adına gəlincə, səhv etmiriksə, Astanq Kalam Keysinin ona həsr etdiyi iki şeri bu baxımdan istisnadır:



"...Alka üç ödki utmışlarnınq yorığları

Arış, arığ kut kolunçuğ tolun bütkərip

Ayağuluğ Tolpı Tüzün yolı özə

Adruk, uluğ tuyunmakığ tuyunayın." (118.202).

Tərcüməsi:



"Hər üç zaman qaliblərinin hərəkətlərini,

Saf, təmiz niyazı bütünlüklə yerinə yetirib

Hörmətli Tolpı Tüzün yoluyla

Müqəddəs, böyük idrakı dərk edək." (118.206).

Sözügedən şairin öyərək göylərə qaldırdığı və ilahiləşdirdiyi bu şəxsin adına digər ədəbi nümunələrdə rast gəlinmir. Bu da təbiidir. digər dinlərdə olduğu kimi, buddizmdə də peyğəmbərin övladı olmaq həmin şəxsə başqaları qarşısında heç bir üstünlük vermir. İnsanların üstünlük dərəcələri onların imanının səviyyəsi ilə ölçülür. Elə bu üzdən də Burxan oğlu Tolpı Tüzün Uğan barədə mədhiyyələr yazmağa heç bir ehtiyac olmamışdır və üstəlik də bu, Budda dininin vacibiyyətləri sırasına daxil deyildir.

Şerlərin məzmunundan göründüyü kimi, Burxanın oğlu buddizm dininin böyük din adamlarından biri kimi tanınmışdır. Fəqət hər dövrdə belələrinin sayı o qədər çox olmuşdur ki, onların hər birini yalnız öz müasirləri və ardıcılları mədh etmişlər. Hər dövrdə mədh edilən yalnız Buddanın (Burxanın) özü idi. Odur ki, Tolpı Tüzün Uğanı tərifləyərək göylərə qaldıran Atsanq Kalam Keysi, şübhəsiz ki, onun müasiri olmalıydı.

Deməli, Astanq Kalam Keysi Buddanın (Burxanın) oğlunun müasiri olmuşdur, yəni e.ə. V əsrdə yaşamışdır və onun şerləri də e.ə. V əsr sak dilinin və ədəbiyyatının nümunəsidir. Hər halda, o, şerini yazanda artıq Burxan (Budda) həyatda yox idi. (O, səksən yaşında ölmüşdür.) Bu, aşağıdakı misralardan məlum olur:



"Sarvaartasıdı tiqin ad önqdünlüq

Səkiz on yaş yaşamışın körkitmiş erür.

Sartavahı yolçu yirçi aşiça yimə

Sanı yüz minq koldınayut yıl, ay yaşayur." (118.211).

Tərcüməsi:



"Sarvarthasiddha öncədən şahzadə adı ilə

Səksən yaş yaşayacağını göstərmişdi.

Və ya sartavahı yolçusu, yolçubaşı adı ilə

Yüz min kotu nayuta ili, ayı yaşamışdır." (118.215).

Hər iki şerdən gətirdiyimiz misallardan da göründüyü kimi, bu şerlərdə misraların sonları öz aralarında qafiyələnmir. Yəni bu şerlər sonuyumlu yox, önuyumludur. Eyni halı Pratyaya Şiri və Kiki kimi digər buddist şairlərin də əsərlərində müşahidə etmək mümkündür.

Pratyaya Şiridən bir nümunə:

"Utmışlarnınqvısayı Buda Avatansana

Uluğ kölünqü sundurta uz tiripnomlamış,

Uğanlarnınğ on kut kolunç yozığı bu nomuğ

Una ani iyin kəziqçə okıdı sözlərim." (118.193).

Tərcüməsi:




Yüklə 212,83 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin