Bəxtiyar Tuncay Şimal-Qərbi İran yaylası və kimmerlər



Yüklə 21,44 Kb.
tarix16.12.2018
ölçüsü21,44 Kb.
#86128

Bəxtiyar Tuncay

Şimal-Qərbi İran yaylası və kimmerlər

https://scontent-sof1-1.xx.fbcdn.net/v/t34.0-12/21209140_1542877005751481_396328050_n.jpg?oh=6992c52a985b52cfb7f5dfc64244b74b&oe=59a93336

Ümumi sahəsi 2 600 000 kv km olan İran yaylası ən qədim türk məskənlərindən biri olub. Qərbi Asiyada yerləşən bu coğrafi məkan qərbdə Dəclə və Fərat çaylarından şərqdə Hind və Palmirə, şimalda Xəzər dənizi və Turan səhrəsaından cənubda Fars körfəzi və Hind okeanına qədər uzanır. Həmin ərazidə indiyə qədər son tunc və erkən dəmir dövrlərinə aid onlarla arxeoloji abidə aşkar edilib ki, onların da önəmli bir qismi əski türk boyları ilə bağlıdır. Lakin ərazidə arxeoloji qazıntılar aparmış tədqiqatçıların əksəriyyəti bu abidələrdə bir qayda olaraq, «ari» və ya hindavropalı izi axtardıqları üçün həmişə obyektiv ola bilməmiş, üstəlik də qazıntı işlərini aparan adamların çoxu qeyri-peşəkarlıqları səbəbindən bir çox abidələrin sadəcə ötəri təsvirini verməklə yetinmişlər.

İran yaylasının şimal-qərbində tədqiqata cəlb edilmiş bu tip abidələr sırasında Cənubi Azərbaycandakı Göytəpə abidəsini xüsusi qeyd etmək lazımdır. Onun tədqiqi ilə 1948-ci ildə Berton və Braun adlı arxeoloqlar məşğul olmuşlar.

Bu abidənin D təbəqəsində eynən Həsənluda olduğu kimi böyük dağıntı və yanğınların izinə rast gəlinib ki, bu da assur və urartuluların fəaliyyətləri ilə əlaqələndirilir. Burada e.ə. II minilliyin sonlarına və I minilliyin əvvəllərinə aid çox sayda dağıdılmış və yandırılmış bina qalıqları tapılıb. Həmin binalardan əldə edilmiş skeletlərin kəllə quruluşu əsasında onların Cənubi Qafqaz əhalisi ilə, yəni Şimali Azərbaycanın əhalisi ilə eyni antropoloji özəlliklərə sahib tayfaların nümayəndələri olduğu müəyyən edilib.

Daha sonra isə bölgəyə yarımköçərilərin axını müşahidə edilir. Onların gəlişi ilə bir canlanma və abadlaşma başlayır. Onları Cənubi Qafqazdan gələn ilk «ari» dalğasının nümayəndələri hesab edirlər (Гиршман Р., 1970, c. 68; Ванденберг Л., 1966, c. 116). Təbii ki, bu halda söhbət «ari»lərdən yox, qədim fars mənbələrində «sak» kimi yad edilən və kurqanda dəfn adətinə sahib olan türk boylarından, daha dəqiq desək, kimmerlərdən getməlidir.
https://scontent-sof1-1.xx.fbcdn.net/v/t34.0-12/21208799_1542877122418136_1747434170_n.jpg?oh=445444b477bcf2662b18794633ae4b1e&oe=59a9442c
Qızıldan hazırlanmış qab. Manna incəsənəti nümunəsi, Mərlik
Həsənlu, Ziviyə, Klar və Mərlikdən tapılan və yüksək bədii əhəmiyyət daşıyan qızıl və gümüş əşyalar, eləcə də keramika nümunələri sübut edir ki, e.ə. II minilliyin sonları və I minilliyin əvvəllərində İran yaylasının şimal-qərb hissəsində, əsasən də Cənubi Azərbaycan, Kürdüstan, Gilan və Mazandaran bölgələrində çox yüksək bir mədəniyyət mövcud olmuşdur. Bu halda söhbət, təbii ki, skif və Midiya incəsənətinə başlanğıc vermiş Manna incəsənətindən gedir. Bu mədəniyyətin yaranmasında yerli yarımköçəri maldar tayfaların müstəsna xidməti olmuşdur. Belə düşünmək üçün bizə həmin sənət əsərlərinin böyük bir qisminin məhz həmin tayfaların kurqan tipli qəbir abidələrindən və həmin abidələrə yaxı qədim yaşayış yerlərindən əldə edilmiş olması əsas verir

R. Daysonun yazdığına görə, e.ə 1250-ci illərdən etibarən Urmiya gölü ətrafında yarımköçəri tayfalar məskun idilər. Alim onları Cənub-Şərqi Qafqaz (Şimali Azərbaycan), Şimali Qara dəniz və orta Asiyanın eyni dövr yarımköçəri tayfaları ilə eyni mənşəli hesab edir və güman edir ki, həmin tayfalar Urmiya sahillərinə adı çəkilən bölgələrdən köç etmişdilər. R. Qrişman Təpə-Sialk B məzarlığını da həmin tayfalara aid edir (Момени А. М., 2014, с. 25).



Şübhəsiz ki, bu halda da söhbət bilavasitə kimmerlərdən getməlidir. Çünki skiflərin (işquzların) bölgədə aktivləşməsi e.ə. VII əsrin ortalarından başlayır. Onlara qədər isə mənbələrdə sadəcə kimmerlərdən bəhs edilir və onlar Manna sakinləri kimi yad edilirlər. R. Dayson Maqli-Tik, Əmləş-Gilan və Mərlik abidələrindən tapılmış qabların üzərindəki at, araba və s. şəkillər, eləcə də dəmir xəncərlər əsasında sözügedən abidələri e.ə. IX-VIII əsrlərə (Момени А. М., 2014, с. 25-26), yəni kimmerlərin ən aktiv olduqları dövrlərə aid etmişdir. Alimin haqlarında söhbət açdığı həmin tayfaların məhz kimmer tayfaları olduğunu bir də o fakt sübut edir ki, Mərlikdən tapılan iki tunc əşyadan birinin üzərində mixi işarələrlə Urartu çarı Menuanın (e.ə. 800-781), digərində isə çar Arqiştinin (e.ə.781-760) adları yazılmışdı (Момени А. М., 2014, с. 26). Məlum olduğu kimi Uratunun hakimiyyətinə və ümumiyyətlə Urartu dövlətinin özünə məhz kimmerlər son qoymuşdular və görünür, həmin əşyalar da o zaman qarət edilmiş əşyalardan olub.
marlik cup iran.jpg
Qızıldan hazırlanmış qab. Manna incəsənəti nümunəsi, Mərlik
Sözügedən abidələrdən Manna incəsənəti ilə yanaşı Urartu incəsənətinə aid əsərlərin də tapılması faktından çıxış edən R. Qrişman onların Gilan ərazisinə Urmiya gölü ətrafından gətirildiyini düşünməkdədir. O yazır ki, Həsənlu, Ziviyə, Mərlik, Təpə-Sialk və s. yerlərdən tapılmış mədəniyyətin analogiyalarına Buxara yaxınlığındakı Zaman Baba məskənində də rast gəlinmişdir ki, bu da sözügedən tayfaların bir qisminin Türkmənistan üzərindən Özbəkistana köç etdiklərini sübut edir (Момени А. М., 2014, с. 26).
https://scontent-sof1-1.xx.fbcdn.net/v/t34.0-12/21208745_1542877515751430_666123570_n.jpg?oh=a4eef251a6b89bb43313943e7f537afc&oe=59a922a3
Qızıldan hazırlanmış qab. Manna incəsənəti nümunəsi, Mərlik
Kimmerlərin İran yaylasındakı izini yaşadan əsas abidələr təbii ki, kurqanlar və kurqan tipli abidələrdir. Lakin onların çoxu dəfinə axtaranlar tərəfindən darmadağın edildiyindən strukturları və dəfn adətləri barədə bir o qədər də çox məlumata sahib deyilik. Qeyd edək ki, bu tip abidələrə Xəzərin cənub-qərbindəki Gürgandan (Turanq-təpə məzarlığı) tutmuş Gilan, Mazandaran, Tehran və Quma qədər çox geniş ərazidə rast gəlinir ki, bunların içərisində Təpə-Sialk B və Mərlik abidələrinin özünəməxsus yeri var.

Qaynaqça


  1. Ванденберг Л. Археология античного Ирана. Пер. Исы Бехном. – Тегеран: Ганджина-е бостоншиноси-е Ирон, 1966.

  2. Гиршман Р. Иран с начала до ислама. – Тегеран: Бюро перевода и публикаций книг, 1970.

  3. Момени А. М. Горный Аламут Казвина и его связи с сопредельными территориями (позднебронзовый и раннежелезный века). Диссертация на соискания ученой степени доктора исторических наук. Дущанбе, 2014.


Yüklə 21,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin