Bəxtiyar Tuncay tatarlarin giZLƏDİLMİŞ tariXİ VƏ ya turanin gerçƏk xəRİTƏLƏRİ



Yüklə 2,97 Mb.
səhifə1/4
tarix10.01.2022
ölçüsü2,97 Mb.
#108214
  1   2   3   4

Bəxtiyar Tuncay

TATARLARIN GİZLƏDİLMİŞ TARİXİ VƏ YA TURANIN GERÇƏK XƏRİTƏLƏRİ

Rusiya prezidenti Vladimir Putinin yaxın zamanlara qədər gizlədilən tarixi dəlillərin üzərindən gizlilik pərdəsinin götürməsindən və Rusiya məktəblərində tədris edilən rəsmi Rusiya tarixinin siyasi məqsədlərlə təhrif edilmiş saxta tarix olduğunun üzə çıxmasından sonra (1) rus-türk əlaqələrinin tarixinə yeni nəzərlərlə baxmaq və ortaq geopolitik maraqları yenidən dəyərləndirmək üçün yeni imkanlar açılmışdır. Söhbət prezidentin göstərişi ilə rusiyalı iş adamı Əlişir Usmanovun dünyanın müxtəlif yerlərindən əldə edərək Rusiyaya gətirilən və müxtəlif dövrlərdə Avropa ölkələrində, eləcə də Rusiyada nəşr edilən xəritələrdən gedir.

XIII – XVIII əsrlərə aid olan bu xəritələrin hamısında bugünkü Rusiya ərazisinin tamamının «Böyük Tartariya», başqa sözlə, «Böyük Tatarıstan» adlandığını və 1771-ci ilə qədər «Rusiya» adının işlədilmədiyini görürük. Yalnız həmin ildən sonra Rusiya indiki Peterburq və Moskva şəhərləri arasında yerləşən kiçik bir ərazidə peyda olur. Öncəki xəritələrdə isə həmin kiçik ərazi ya Avropanın bir hissəsi kimi göstərirlir, ya da «Avropa Moskoviyası» (Avropa Moskva dövləti) kimi qeyd edilir. Onun şərqində İsə Böyük Tartariyanın (Böyük Tatarıstanın) önəmli hissəsini əhatə edən «Moskva Tartariyası» (Moskva Tatar dövləti) göstərilir.



Giymon Delil və Tobias Konard Lotter tərəfindən tərtib edilərək, 1772-ci ildə Ausburqda dərc edilmiş xəritə (Guil. Delisle. Tobias Conrad Lotter. Asia. Augsbourg. 1772). Boyanmış qravüra. Rusiya Dövlət Tarix Muzeyinin xəritəşünaslıq bölməsində saxlanılır (Moskva, şifrəsi ГО-7891077/4).

Bu xəritədə Avropanın bir hissəsi kimi göstərilən Avropa Moskoviyası ilə Moskva Tatar dövləti arasında sərhədlərin haradan keçdiyi dəqiq göstərilib. Bu sərhədd 1772-ci ildə Azov dənizindən Don çayının yuxarı axarı böyunca uzanır və daha sonra isə Novqoroddan keçirdi.









XVIII əsrin daha öncəki dövrlərə aid digər xəritələri ilə müqayisə göstərir ki, 1772-ci ildə sərhədd xətti Moskva Tatar dövlətinin xeyrinə dəyişərək, bir qədər qərbə tərəf sıxışdırılmış və Don çayının aşağı axarına çatmışdır. Rus alimlərindən Q. V. Nosobskiy və A. T. Fomenki hesab edirlər ki, həmin ildə iki ölkə arasında müharibə baş vermiş və ehtimal ki, hərbi əməliyyatlara ilk öncə tatarlar başlamışlar. Onlar bildirirlər ki, həmin dövrdə paytaxtı Tobolsk şəhəri olan Moskva Tartariyası, yəni Moskva Tatar dövləti dünyanın ən böyük dövləti olmuşdur (2). Bu fikri Britaniya Ensiklopediyasının 1771-ci il nəşri də təsdiqləyir. Ensiklopediyanın «Coğrafiya» bölümündə əks olunmuş bir cədvəl var. Həmin cədvəldə dövrün əsas dövlətləri sadalanır, onların sahəsi, paytaxtı və Londondan olan uzaqlığı, eləcə də Londonla saat fərqi qeyd edilmişdir.

Sözügedən ensiklopediyada Rusiyanın adı Avropa bölümündə, sadəcə bir dəfə çəkilir. Paytaxtının Peterburq, sahəsinin isə 1.103.485 mil kvadrat olduğu göstərilir. Paytaxtı Tobolsk olan Moskva Tatar dövlətinin sahəsinin isə bunda təqribən üç dəfə daha böyük, yəni 3.050.000 mil kvadrat olduğu yazılıb. Həmin dövrdə dörd hissədən ibarət olan (Krım xanlığı, Moskva Tatar dövləti və Çin Tatarıstanı bir dövlət idi və Krımdan idarə olunurdu, Azad Tatar dövləti adlandırılan Türküstan isə bağımsız idi) Böyük Tartariyanın, yəni Böyük Tatarıstanın ümumi sahəsi 4.472.290 mil kvadrat olmuşdur (3).



XVIII əsrin ortalarına aid edilən, Moskvada, Qədim Aktlar Arxivində qorunan bir rus xəritəsində isə üç tatar dövləti qeyd olunub: Böyük Tartariya (Krım xanlığı və Moskva Tatar dövlətlərini əhatə edir), Azad (bağımsız) Tartariya və onun tərkib hissəsi olan və Krımdan idarə edilən Çin Tartariyası (Çin Tatar dövləti) (2).

Lakin Bir qədər sonrakı xəritələrdə artıq başqa mənzərə ilə rastlaşırıq Moskvadakı Dövlət Tarix Muzeyində qorunan, XVIII əsrin sonlarına aid edilən və üzərində «Roma dilindən tərcümə edilmiş kosmoqrafiya. Burada dövlət və ölkələrin adları bildirilir» sözləri yazılmış başqa bir rus xəritəsində Moskva Tatar dövlətinin ərazisi Sibir kimi göstərirlir və onun haqqında belə yazılır. Böyük Sibir ölkəsi. Əvvəllər xanlıq idi, indi Rusiyanın tərkibindədir (2).



Moskvadakı Dövlət Tarix Muzeyində qorunan, XVIII əsrin sonlarına aid edilən və üzərində «Roma dilindən tərcümə edilmiş kosmoqrafiya. Burada dövlət və ölkələrin adları bildirilir» sözləri yazılmış başqa bir rus xəritəsində

Eyni mənzərəni 1796-cı ildə cızılmış bir alman xəritəsində də görməkdəyik. Burada artıq Böyük Tatarıstan önəmli hissəsi, yəni Moskva Tatar dövlətinin və Krım xanlığının ərazisinin Rusiyanın tərkibində göstərilir. Bununla belə, Azad Tartariya (Türküstan) və Çin Tatar dövləti Rusiya sınırlarından kənardadır. Yəni onlar hələ bağımsızlıqlarını sürdürməkdədirlər.





Rusiya imperatorluğunun Böyük Tatarıstanın əks olunduğu alman xəritəsi (Gussefeld F.L. Carte de l'Empire de Russie & de la Grande Tatarie. Publiee par les Heredum   Homannianorum. Norimberg. 1786). Moskva, Dövlət Tarix Muzeyinin Xəritəşünaslıq bölməsi. Şifrəsi ГО-6217. 

Q. V. Nosovskiy və A. T. Fomenki hesab edirlər ki, Romanovlar sülaləsinin hakimiyyətdə olduğu Rusiya ilə Böyük Tatarıstan arasında sonuncu savaş 1768-1774-cü illər Rusiya-Osmanlı müharibəsi ilə paralalel getmiş və bu müharibədə tatarlar Osmanlı xəlifəsinin təbələri kimi savaşmışlar. Lakin 1774-ci ildə Osmanlıların gözlənilmədən Rusiya ilə sülh sazişi imzalaması tatarları arxasız qoymuş və bu, ruslara, Çin Tatarıstanı və Azad Tatarıstan dışında, Böyük Tatarıstanın digər ərazilərini işğal etməsinə imkan vermişdir (2). Nəticədə Krımın və Böyük Tatar dövlətinin sonuncu xanı Şahin Gəray 14 aprel 1783-cü il tarixində xaqanlıq taxtından imtina etməyə, tatar bəyləri də rus təəbəliyini qəbul etməyə məcbur olmuşlar (4).

Avropa mənbələrində, o cümlədən ensiklopediya və xəritələrdə Tatarıstanın adı «Tartariya», tatarların adı isə «tartar» kimi tələffüz edilir və beləcə də yazılırdı, Başqa sözlə, «tartar» kəlməsi tatarların, «Tartariya» adı isə Tatarıstanın sinonimi kimi işlənirdi (5, 255-256). Latın dilində tərtib edilmiş mətnlərdə adı «Tartaria», fransızdilli mətnlərdə «Tartarie», ingilis dilində «Tartary», almancada isə «Tatarei» kimi qeyd edilən bu ölkə Qara dənizindən Sakit Okeana, Çin və Hindistana qədər uzanırdı. Onun şimal sərhəddini Şimal Buzlu Okeanı təşkil edirdi. Adı XIII-XVIII əslərə aid xəritələrdə dünyanın ən böyük dövlətinin adı olaraq keçirdi. Bu hala hətta artıq mövcud olmadığı dövrün, daha dəqiq desək, XIX əsrin bəzi xəritələrində də rast gəlinir (6, 35).



Böyük Tatarıstanın XVIII əsrdə tərtib edilmiş daha bir xəritəsi. “L’Asie dresse sur les observations de l’Academie Royale des Sciences et quelques autres, et Sur les memoires les plus recens. Amsterdam. Chez R. & J. Ottens”. Tərtib edildiyi il məlum deyil.

Orta əsrlərdə Avropada bütün türklər «tartar», yəni tatar adı ilə tanınırdılar. Qədim farslar bütün türk xalqlarını «saka» (sak), yunanlar «skyth» (iskit), ərəblərsə «türk» adlandırdıqları kimi, avropalılar, o cümlədən slavyanlar da «tatar» deyirdilər. Bu ad XIII əsrdə Çingiz xanın parça-parça olan əski Turan torpaqlarını öz hakimiyyəti altında birləşdirməsindən və yenidən vahid dövlətə çevirməsindən sonra geniş yayılmışdır. Avropalılar sözügedən etnonimi qərəzlə «cəhənnəm» mənasında işlətdikləri «Tartar» adı ilə eyniləşdirərək, bu şəkildə də işlətməyə başladılar. Onlar üçün ucu-bucağı görünməyən bu ölkə ilk dövrlərdə bir müamma olaraq qalmaqda idi (7, 192-198; 8, 27).

S. Qorşeninanın yazdığına görə, Çingiz xanın tarix səhnəsinə çıxışı avropalıların ürəyinə elə bir qorxu salmışdı ki, onlar bu türk xalqını xristian miflərindəki Yəcuc və Məcuclarla eyniləşdirməyə başladılar (9, 108-109). Bu mövzu 1846-cı ildə ruslar tərəfindən dərc edilmiş bir akademik nəşrdə öz obrazlı əksini aşağıdakı şəkildə tapmışdır: «Avropalıların təsəvvüründə tatarlar dəhşət saçan və axır-zamanı başladan xalq idi və bu səbəbdən də etnonim xristianlığa qədərki təsəvvürlərlə uyğunlaşdırılaraq «tartar» şəklini almışdı» (5, 256).




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin