Bəxtiyar Tuncay toxtamiş xanin bəg haciya verdiYİ xaqaniYYƏ TÜrkcəSİNDƏ yazilmiş yarliq giriş



Yüklə 46,87 Kb.
tarix17.11.2018
ölçüsü46,87 Kb.
#82851
növüYazi

Bəxtiyar Tuncay

TOXTAMIŞ XANIN BƏG HACIYA VERDİYİ XAQANİYYƏ TÜRKCƏSİNDƏ YAZILMIŞ YARLIQ



c:\users\user\desktop\yarlik_xana_tokhtamysha-xadzhi-beyu_1382.jpg
Giriş
1380-1395-ci illər arasında Altun Ordu Ulusunun xanı olmuş Toxtamışın atası Tuy Xoca Çingiz Xanın böyük oğlu Cuçinin soyundan idi. O, Urus Xanın dövründə Manqışlaq valisi idi və Altın Ordu Ulusunun ən nüfuzli zadəganlarından biri hesab olunurdu. Xanla aralarında olan münaqişə səbəbindən onun qəzəbinə gəlmiş və 1376-cı ildə edam edilmişdi.

Atasının edamından sonra həyatı təhlükə altına düşən Toxtamış Mavərənəhrə qaçaraq, Əmir Teymura sığınmaq məcburiyyətində qalmışdı.

1377-ci ildə Əmir Teymurdan hərbi dəstək alan Toxtamış Altun Orduya hücüma keçir, elə ilk döyüşdəcə Urus Xanın oğlu Qutluq Buğaya qalib gəlir və Qutluq Buğa öldürülür. Lakin qələbənin arxasını gətirmək mümkün olmur. Toxtamış yenidən Mavərənnəhrə qayıtmalı olur. Teymurdan yeni qoşun alıb növbəti dəfə cəhd edir. Bu dəfə də Urus Xanın digər oğlu Toktakayın qoşunu ilə üz-üzə gəlməli olur. Məğlub olaraq geri çəkilir.

Urus Xan elçilər göndərərək Əmir Teymurdan Toxtamışı ona təslim etməsini tələb edir. Lakin Teymur tələbə boyun əyməkdən imtina edir.


c:\users\user\desktop\ap15.jpg
Toxtamış Xan
Bu hadisədən sonra Teymur özü Altun Ordaya hucuma hazırlaşmağa başlayır və hazırlıq tamamlandıqdan sonra hərəkətə keçir. Sıqnağa qədər irəliləsə də, şaxta və dözükməz soyuqlar səbəbindən yazda yenidən yürüş etmək məqsədi ilə geri qayıtmalı olur. Lakin iş elə gətirir ki, Urus Xan vəfat edir. Onu oğlu Toktakay əvəz etsə də hakimiyyətdə uzun müddət qala bilmir. Taxta Teymur Məlik sahiblənir.

Növbəti il Toxtamış Əmir Teymurdan aldığı qoşun ilə yenidən Altun Orda Ulusuna hücuma keçir və bu dəfə də məğlub olub geri qayıtmağa məcbur olur. Bununla belə, Teymur Məliyin zəflədiyini görən Əmir Teymur növbəti dəfə Toxtamışa qoşun vermək qərarına gəlir. Bu dəfə uğur Toxtamışın üzünə gülür və o, Teymur Məliyin qoşunlarını darmadağın edir və 1378-ci ilin yazında ulusun Şərq tərəfini, o cümlədən Sığnaq şəhərini ələ keçirir. Bundan sonra o, bəylərbəyi Mamayın nəzarətində olan Qərb torpaqlarını, eləcə də ulusun paytaxtı Saray Berkə şəhərini ələ keçirməyi bacarır və 1380-ci ildə Altun Ordu Ulusunun tamamına hakim olur.

Rus tarixşünasları tərəfindən mahiyyəti və məzmunu ciddi surətdə saxtalaşdırılmış Kulikovo (Küllük-Oba) meydan savaşında Toxtamışa bağlı qıpçaq qüvvələri, eləcə də Toxtamışın tərəfində çıxış edən Böyük Litva Bəylərbəyliyinin (knyazlığının) tatarlardan ibarət qoşunları Mamayın kazaklarını darmadağın etdilər. Bundan sonra Toxtamış Altun Ordu Ulusunun xanı oldu.

Məlumat üçün bildirək ki, rus tarixşünaslığında möhkəmlənmiş saxta konsepsiyadan fərqli olaraq, Mamayın daşıdığı titul xan yox, bəylərbəyi idi. Əslən kazak türklərindən idi. Roma Papasının təklifi ilə katolikliyi qəbul etmişdi. Ordusu da bütünlüklə xristian (ortodoks) kazak türklərindən ibarət idi.

“Moskva knyazlığı”na gəlincə, Moskva həmin dövrdə Böyük Litva Bəylərbəyliyinin tərkibində idi. Böyük Litva Bəylərbəyliyi isə Altun Ordu Ulusunun tərkib hissəsi idi. Odur ki, Kulikovo (Küllük-Oba) savaşında nə “Moskva knyazlığı” və də “knyaz Dmitri”nın heç bir rolu və iştirakı olmayıb. Bu, rus saxtakarlığından başqa bir şey deyil.

Toxtamış Xan hakimiyyətə gələn kimi dövlət idarəçiliyində qayda-qanun yaratmaq üçün Ulusun bütün bölgələrinə yarlıqlar (sərəncam və fərmanlar) göndərməyə başladı. Bu məqalədə haqqında söz açılacaq yarlıq da onlardan sadəcə biridir və təsadüf əsəri olaraq, dövrümüzədək yetişə bilmişdir.


Toxtamışın Bəg Hacıya verdiyi yarlığın (fərmanın) qısa təsviri və tədqiqata cəlb edilmə tarixçəsi
Toxtamışın Bəg Hacıya verdiyi yarlıq digər önəmli sənədlər kimi XV-XVIII əsrlərdə Turanın mərkəzi olmuş Krımın divan dəftərxanasında saxlanılmış və Krımın sonuncu hakimi tərəfindən knyaz M. Vorontsova təqdim edilmişdi.

Sənənd ard-arda bir-birinə yapışqanla yapışdırılmış və zamanın təsiri ilə saralmış 4 vərəqdən ibarətdir. Onların uzunluqları 33, 36, 35.5 və 18 sm-dir. Ümumilikdə isə yarlığın uzunluğu 119 sm, eni isə 25.2 sm təşkil edir.


ðšð°ñ€ñ‚ð¸ð½ðºð¸ ð¿ð¾ ð·ð°ð¿ñ€ð¾ññƒ yarlä±k ñ‚ð¾ñ…ñ‚ð°ð¼ñ‹ñˆð°
Toxtamış Xanın yarlığına vurulmuş möhürlər
Vərəq kənarlarının hər iki tərəfindən 5 sm-lik məsafə ilə ayrılan və 21 sm x 90 sm sahəni tutan mətn qara mürəkkəblə, “divani” və ya “cəliy” adlandırılan gözəl ərəb xətti ilə, xaqaniyyə türkcəsində yazılmışdır. Buradakı bütöv sətirlərin uzunluğu 21, qısa sətirlərin uzunluğu isə 11 sm-ə çatır. Hərflərin hündürlüy əlif hərfi də diqqətə alınmaqla 1.5 – 2 sm, sətirlərin ümumi eni isə 4-6 sm-dir.
https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/9b/timur.jpeg/250px-timur.jpeg
Əmir Teymurun Toxtamışı Altun Ordu taxtına oturtması. Təbriz miniatürü
Mətndəki “xan” və onu əvəz edən əvəzlik qızıl hərflərlə yazılması ilə digər sözlərdən fərqlənir. Mətndə Teymur Poladın adı və şağıdakı sözlər də eyni qaydada, qızıl hərflərlə qeyd edilib:

Burada eynən Yaqayloya göndərilmiş sonrakı yarlıqda olduğu kimi iki kvadrat möhür var. Onların ölçüləri sözügedən sonrakı möhürlərdən təqribən iki dəfə böyükdür. Tərəflərinin uzunluğu 12 sm-dir (12 sm x 12 sm). Yaqayloya göndərilmiş yarlıqdakı möhürdən əsas fərq bir də odur ki, burada “sultan” kəlməsindən öncə tamğaya bənzər işarələr var.

Möhürlərin ortasında ərəbcə bu sözlər yazılıb:

Əl-Sultan əl-Adil Toğtamış (Ədalətli Sultan Toxtamış)

Bu kəlməni əhatə edən haşiyədə isə ərəbcə aşağıdakı sözlər qeyd edilib:

Bismillah əl-Rəhman əl-Rəhim la ilahə illəllah (Rəhman və Rəhim olan Allahın adı ilə. Yoxdur başqa ilah (tanrı).

Allah. Mühəmməd rəsululllah (Allah. Məhəmməd Allahın elçisidir).

Möhürlərdən birincisi 7-8-ci sətirlərin qarşısına, sağ tərəfə, 2 və 3-cü vərəqlərin birləşdiyi yerə vurulub. İkinci möhür isə 4-cü vərəqdə, 14-15-ci sətirlərin sol tərəfində yer almaqdadır.

Pis vəziyyətdə olan sənəd 1970-ci ildə restavrasiya edilib. Bununla belə, bəzi hərflər və sözləri müəyyənləşdirmək olmur.

Toxtamış tərəfindən Sutkul soyundan olan Bəg Hacı adlı şəxsə verilən və tərxan yarlıqları tipindən olan sözügedən sənədin məqsədi vaxtilə tümən bəyi (əmir) Teymur Polad tərəfindən Sutkul soyuna tanınmış imtiyazların təsdiq edilməsi idı. Həmin sənəd knyaz M. Vorontsovun əlinə düşdükdən sonra surətinin çıxarılması üçün Odessa Tarix və Əntiq Əşyalar Cəmiyyətinə təqdim edilmiş, orada A. Borzenkov tərəfindən onun gerçək ölçülərində litoqrafik surəti çıxarılmışdır. Tarmonin soyadlı mütəxəssis mətnin sadələşdirilmiş ərəb qrafikası ilə transkripsiyasını tərtib etmiş, Rusiya Xarici İşlər Nazirliyinin tatar dili üzrə birinci draqmonu Yartsov isə onun ilk tərcümə variantını gerçəkləşdirmişdir. Bundan sonra yarlıq Q. Qriqoryevin yazdığı ön söz və şərhlərlə birlikdə dərc edilmişdir.





Mətnin sadələşdirilmiş ərəb qrafikası ilə transkripsiyası
Mətnin çağdaş Azərbaycan türkcəsinə sətirbəsətir təqribi tərcüməsi
yaşayış məskənlərində onlara kimsə söz deyə bilməsin. 1. Ərəb dilində yazılmış dua:


2. Toğtamış. Sözüm. Mən – Toxtamış Xanın sözüdür.

3. Qırım tumanınq Qutlu Buğa başlı daruğa bəgləringə. Başında Qutlu Buğanın durduğu Kırım vilyətinintinin bəylərinə.

4. Qazi, müftiləringə, şeyx və məşayexləringə, divan bitikləçiləringə. Qazi və müftilərə, şeyxə və əyalətlərdəki təmsilçilərinə, dövlət divanının mirzələrinə // katiblərinə.

5. Tamğaçi tartanqçilariğa, bukavul tutğavullarğan kim hər fət ağalarınğa. Gömrükçü və qapancılara (gömrük tərəziçilərinə), yol nəzarətçilərinə, kimliyindən və məqamından asılı olmayaraq, ağalara.

6. Barçağa. Bu yarlığını tutub turğan Bəg Hacığa bəpnahlığ ili cümləsin... Hamıya. Bu yarlığı tutub duran (yarlığa sahib olan, yarlığı təqdim edən) Bəg Hacıya və onun cümlə (bütün) elinə (tayfasına)...

7... bizninq sıyurğal bulub, Sutkul ildin yıl sanı nı kim çığar çığışın mərfular berlə barçası beytülmal. ...bizim tərəfimizdən siyurğal edilib (iqta torpaqlrı və mülklər istifadə üçün icarəyə verilib). Sutkul elinə bu ildən etibarən vergi-xərac tətbiq edilməsin. Onlar ixtiyarına verilənlərin hamısı beytülmaldır.

8. Berildi bu kündin ilgəri sutkulğa salığ müsəmma salmasunlar ulağ şusun tiləməsünlər. Anbar həqqi ikin xr... Verildi ki, bu gündən etibarən sutkudan (sutkul elindən) heç bir ödəniş istənməsin, anbar haqqı da daxil olmaqla...

9... tiləməsünlər. Tumandin ərkdin bulub Qırım içində, tışında, qonumlarda sutkulğa tbanlığ kişilərin kim ərsə tiyamasunlar. ...haqq tələb edilməsin. Vilayətdə, Krımın daxilində və xaricindəki

10. Barçaları bir yergə cəm bulub çığar-çığışların usal qılmadan himayət inayət bulmadin payza yarlığlığ tərxan... Hamısı bir yerə cəm olub vergi-xərac tətbiq edilmədən, inayət bulmadan sözsüz himayə edilsinlər (?). Bu payza (metaldan hazırlanmış xüsusi təsdiqləyici nişan) və tərxan yarlığı ...

11... betmədin Bəg Hacığa künilik berlə barçalarınğız buğarın küc beringlər tib Təmür Pulad. Bəg Hacıya və elinə daha öncə Teymur Polad tərəfindən verilmiş imtiyazları təsdiqləyir.

12. Bulay tidurğaç ərsə tuman salığın qismətin salğanlar zəhmət yuncuğ tikurğanlar. Vilayətin gəlir-çıxarlarını tənzimləyənlər onlara zəhmət versələr, çətinlik çıxarsalar, buna görə cavab verməli olacaqlar (?).

13. Qurh(m?)arlar ərnə bsaps Bəg Hacı bulay siyurğaym tib miskin yarlığlarğa küc qılur bulsınq singə təqi ez(d?)gusi bulmağay. Əgər Bəg Hacı miskinlərə (fəqir-füqaraya) əziyyət versə, buna görə cavab verəcəkdir (?).

14. Tib tuta turğuğa altamğalığ yarlığ berildi tn ortubadə qrda tbaldi. Yarlıq Ortubada (Ortuba şəhərində?) verildi, aşağıdakı qırmızı möhürlə təsdiq edildi.

15. Təhərrərən ərrabe vəl eşrin şəhr ziqədə sənə ərbəə və tesun piçin yılı berildi Yarlıq meymun ilinin yayında, 94-cü ilin (?) Zülqədə ayının 24-də verildi.
P.S. Mətnin ərəb əlifbasından latın qrafikasına çevrilməsində mənə yardımçı olmuş güneyli dostlarım Yengi Ögəyə və Aydın Gənciyə dərin təşəkkürlərimi bildirirəm.
Ədəbiyyat
Melek Özyetgin A. Altin Ordu, Kırım ve Kazan sahasına ait yarlık ve bitiklerin dil ve uslup incelemesi. Ankara, 1996.

Беляев И. Д. О монгольских чиновниках, упоминаемых в ханских ярлыках // Архив историко-юридических сведений, относящихся до России, кн. I. 1850. С. 97–110.

Березин И. Н. Ханские ярлыки. 1. Ярлык Тохтамыш хана к Ягайлу. 2. Тарханные ярлыки Тохтамыша, Тимур-Кутлука и Саадет-Гирея. 3. Внутреннее устройство Золотой орды.: / Березин И.Н. – М.: Книга по Требованию, 1850, 2011. 162 с.

Григорьев А. П. Монгольская дипломатика XIII–XV вв.: Чингизидские жалованные грамоты Л., 1978. С. 71.

Григорьев А. П., Григорьев В. П. Коллекция золотоордынских документов XIV века из Венеции: Источниковедческое исследование. СПбГУ, 2002.

Григорьев В. В. О достоверности ярлыков, данных ханами Золотой Орды русскому духовенству. М.: Университетская типография, 1842. 133 с.

Григорьев В. В., Березин И. Н. Исследования о ханских ярлыках. - М., Казань, СПб. 1842-1852.

Почекаев Р. Ю. Ярлыки ханов Золотой Орды как источник права и как источник по истории права /Р. Ю. Почекаев // Кодекс info. 2004. № 1 - 2, c. 134 - 145.



Почекаев Р. Ю. Право Золотой Орды / Миргалеев И. М.. Казань: Фэн, 2009. 260 с.

Радлов В. В. Ярлыки Токтамыша и Темир-Кутлуга//ЗВОРАО. 1888. Т.3.

Султанов Т. И. Письма золотоордынских ханов // Тюркологический сборник. 1975. М., 1978. С. 234-251.
Yüklə 46,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin