Bəxtiyar Tuncay
ULUQ ULUS (TURAN) XANLARININ DÖVRÜMÜZƏDƏK LATIN VƏ İTALYAN DİLLƏRİNƏ TƏRCÜMƏDƏ YETİŞMİŞ YARLIQLARI
Dövrünüzədək bəzi Uluq Ulus (Turan) xanlarının yarlıqlarının latın və italyan dillərinə tərcümə variantları gəlib yetişmişdir. Bunlar əsasən Özbək Xanın, Canıbəg Xanın, Tanıbəg Xanın, Mengü Teymur Xanın, eləcə də Toqay Toqlu Xatun və Solxat hakimi Ramazanın Kırım sahillərində ticarətlə məşğul olan Venesiya və Genuya tacirlərinə verilmiş yarlıqlardır (Вашари И., 1987).
Sözügedən yasrlıqlardan söhbət açab İ. Vaşari onları rus mitropolitlərinə verilən və dövrümüzədək əski slavyan dilində yetişmiş xan yarlıqları ilə müqayisə etmiş və bu sənədlərin məzmun və quruluşlarının bənzər olduğunu dilə gətirmişdir (Вашари И., 1987, s. 100).
Bu sənədlərin dəfələrlə dərc edilərək tədqiqata cəlb edildiyi məlumdur (Григорьев А. П., 1984, s. 127). Bu baxımdan italyan tarixçiləri K. Marin və M. da Kanalenin (Marin C. A., 1798-1800; Canale M. da. Della, 1355-1356), Canibəg Xan və Berdibəg Xanın yarlıqlarını tərcümə edən Avstriya şərqşünası Y. fon Hammer-Purşqalın (Hammer-Purgstall. J. von, 1840), 1868-ci ildə 7 xan yarlığını dərc etdirən fransız alimi L. de Mar Latrinin (Mas Latrie L. de., 1868), eləcə də Venesiya Respublikasının XIX-XV əsrlərdə imzaladığı diplomatik sənədlərə həsr etdikləri 2 cildlik ilə şöhrət qazanmış Q. Tomas və R. Predellinin (Diplomatarium Veneto-Levantinum.., 1880-1899) adlarını ilk sırada çəkmək lazımdır.
Sonuncuların dərc etdikləri sənədlər toplusu Avstriya alimi V. Heydin fundamental tədqiqatı (Heyd W., 1885-1886) üçün əsas baza rolunda çıxış etmişdir.
Mövzuya rus alimləri də öz töhfələrini vermişlər. Bu baxımdan F. Braun (Брун Ф. К., 1879), S. Smirnov (Смирнов В. Д., 1887), T. Florenskiy (Флоринский. T. Л., 1883), M. Kovalevskiy (Ковалевский К. А., 1905) və s. elm adamlarını misal çəkə bilərik. Əməyi olan alimlərdən tanınmış tatar tədqiqatçısı M. Səfər Qaliyevin (Сафаргалиев М. Г., 1960, s. 104-105, 110-111), eləcə də onu izləyən rus alimi Q. Fyodorov-Davıdovun (Смирнов В. Д., 1887, s. 126-128) da adlarını xüsusi vurğulamaq lazımdır.
Dostları ilə paylaş: |