Canıbəg Xan. Rus miniatürü
Per presentes manifestamus, сопите, populum et homines, ao etiaffl singuläres personas comunis Veneciarum et ipaorum raagnitudinem grstiam penes patrem meum conseoutos fuisse habitandi et habitationem construi faciendi in dicta terra Tane pro conseruatione ipsorum et suarum mercationum, et preeeptum et paysanum; modo presentibus ambaxatoribus coram nobis impetrantibus nomine dicti comunis, ad hoc ut sui mercatores cum eorum mercationibus possint stare et habitare secure in dicta terra Tane, separatim a Ianuensibus Franchis, dando eidem domino imperatori auxilium et fauorem et sui comerclo, et legaliter eorum faciendo mercatlones, soluendo tres pro centenario, graciam specialem concessimus terratici positi juxta balneum Badardini, a Cudencha subtus dirupun uersus montera et ipsum montem ad sufficientiam pro ipsorum habitations, construenda ad ipsorum omnimodam uoluntatem; dum tarnen dicti mercatores Veneciarum teneantur, in quacunque terra nostri dietrictus peruenerint cum eorum meeroationibus, si uendent, soluere nostro comerclo tres pro centenario, et si non uendent, nichil soluere teneantur; et non possint predicti impediri tam intrando, quam exeundo per aliquos nostre jurisdioioni subditos, nec alio modo molestari.
Bu yarlıqla bildirilir ki, Venesiya icmasına, xalqıma, ayrı-ayrı şəxslərinə və başlarında duran həzrətə atamız tərəfindən yaşamaq, barına və mallarını saxlaya bilmək üçün Tan şəhərində evlər tikmək üçün yarlıq və baysa verilmişdi. İndi (Venesiya) elçiləri hüzurumuza gələrək bizdən (Venesiya) icması üçün, əvvəllər də olduğu kimi, Genuya frantlarından ayrıca öz malları və mülkləri ilə birlikdə təhlükəsiz yaşamaq, xana xeyir-duada bulunmaq, onun himayəsinə sığınmaq, qanuni alış-verişlərindən dövlət xəzinəsinə 3 faiz vergi vermək barədə xahiş edirlər. Onların xahişini dinləyib mərhəmət göstərdik, istifadə etmələri və orada tələbatlarına uyğun binalar tikə bilmələri üçün Bədrəddin hamamının yanında olan, Kudenkdən aşağı dağa doğru uzanan yarğandan dağa qədərki ərazilərdə yerləşən torpaqları onlara siyuğal etdik (icarəyə verdik). Bu yarlığa sahib olan və onu göstərənlər ticarət məqsədilə və öz malları ilə bizə tabe olan hansı əraziyə gəlirlərsə-gəlsinlər, mallarını satalarsa, onların gəlirindən 3 faiz tutulsun. Satış etməsələr onlardan heç bir haqq alınmasın. Kimsə onlara əngəl çıxarmasın, hər hansı bir vəsilə ilə onlardan giriş-çıxış haqqı, yol haqqı alınmasın. Onlara əziyyət verilməsin, incidilməsin.
Dostları ilə paylaş: |