Bəxtiyar Tuncay uluq ulus (turan) xanlarinin döVRÜMÜZƏDƏk latin və İtalyan diLLƏRİNƏ TƏRCÜMƏDƏ yetiŞMİŞ yarliqlari


Toqay Toqlu Xatunun ödəmə sənədi (1359)



Yüklə 1,72 Mb.
səhifə30/32
tarix10.01.2022
ölçüsü1,72 Mb.
#107867
1   ...   24   25   26   27   28   29   30   31   32
Toqay Toqlu Xatunun ödəmə sənədi (1359)
Venesiya kolleksiyasında qorunan və Uluq Ulus dövlətinə aid olan, dövrümüzədək latın və italyan dilinə tərcümədə yetişən 10 sənədin içində Toqay Toqlu Xatunun Venesiya doju Covanni Dolfinoya göndərdiyi yarlığa qoşulmuş ödəniş sənədinin latıncaya tərcüməsi də yer almaqdadır (Diplomatarium Veneto-Levantinuin, 1899, s 53).

Sözügedən yarlığın məzmunundan göründüyü kimi, Venesiyalı qaleya Kiprdən qayıdan, Uluq Ulusdan olan adamları qarət etmiş, həmin adamlar şahidlərlə birlikdə Berdibəg Xanın hüzuruna gələrək, onlara 2830 som məbləğində ziyan dəydini söyləmiş və şikayət etmişdilər. Bu da Berdibəgin dəymiş ziyanı yerli Venesiyalı tacirlərin üzərinə qoymasına səbəb olmuşdu. Xristianlara xüsusi rəğbəti olan Toqay Toqlu Xatun bu məbləği ödəməyin onlar üçün çətin olduğunu nəzərə alaraq, 1358-ci ilin sentyabr ayında ziyanzədələrə dəymiş ziyanın bir qismini özü ödəmişdi. Ödədiyi məbləği geri almaq üçün Venesiya dojuna qaytarılmalı olan məbləği göstərən sənəd göndərmişdi.

Həmin sənəd də eynən yarlıq kimi 4 mart 1359-cu il tarixində tərtib edilmiş və yarlıqla birlikdə yola salınmışdı. Sənədin dövrümüzədək ulaşmış latınca tərcümə mətni belədir (Григорьев А. П., 1991):

Solutio facto pro ipredicto precepto per dominam İmperatrcem Thaydelucation. A. d. 1358, m. Septemberis.

İn primus aoluit dicta domina İmperatrix Megabogabeo et familiaribus suis – Bess 1156.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin