Özbək xanın Venesiya tacirlərinə verdiyi yarlıq Uluq xanlardan, konkret olaraq, Özbək Xandan (1313-1341) Venensiya tacirlərinə müəyyən imtiyazlar tanıyan ilk yarlığın ədə edilməsində Françesko Dandolonun dojluğu zamanında (1328-1339) paytaxt Saray şəhərinə göndərilən Andrea Dzeno adlı elçinin böyük rolu olub. Tərcümə mətni ilk dəfə “Diplomatarium Veneto-Levantinum”da “Factum Venetorum сum Husbecho imperatore Tartarorum, A. d, 1333” (Venesiyanın Tatar imperatoru Özbəklə sazişi. Yay, miladi 1333) adı altında dərc edilmişdir (Карпов С. П., 1981, s. 44).