Bəxtiyar Tuncay


Hamı bir yerə gedir. Hamısı torpaqdan yaranıb, torpağa da qayıdır



Yüklə 1,11 Mb.
səhifə10/96
tarix01.01.2022
ölçüsü1,11 Mb.
#104069
1   ...   6   7   8   9   10   11   12   13   ...   96
20. Hamı bir yerə gedir. Hamısı torpaqdan yaranıb, torpağa da qayıdır.

21. İnsanın ruhu yuxarımı qalxır, heyvanın ruhu aşağımı, yerəmi enir? Bunu kim deyə bilər?  

22. Gördüm ki, insan üçün əməyindən zövq almaqdan yaxşı heç nə yoxdur, çünki bu, onun mükafatıdır. Axı ondan sonra nə olacağını kim ona göstərə bilər?

Bəli, hər birimizin gün, ay və il ölçüləri ilə ifadə edilən doğum və ölüm tariximiz vardır. Və bu tarixləri biz seçməmişik, dünyaya öz istəyimizlə gəlmədiyimiz kimi, öz istəyimizlə də getmirik. Doğum və ölüm tariximizi Allah müəyyən edir. Doğuşdan ölümə qədər müəyyən ölçülərlə ifadə edilən il, ay, gün, saat, dəqiqə və saniyə qədər vaxt keçir və bu bizim qədərimizdir.

Dünyada hər şeyin bir qədəri vardır. Məsələn, suyun maye halı 0 0C-dən 100 0C-yə qədər olan haldır. 100 dərəcədən 10000 dərəcəyə qədərki halı qaz halı, 10000 dərəcədən 1000000 dərəcəyə qədər olan halı isə plazma halıdır. Onun bir haldan başqa bir aqreqat hala keçməsi birdən-birə olmur, müəyyən zaman içərisində baş verir. Yəni bir qədər vaxta ehtiyac olur.

Qədər....

Mövzumuz baxımından bu kəlmənin o qədər böyük önəmi var ki, bu kəlmənin anlamını başa düşmədən İslam imanının 6 şərtindən biri olan “Qədər və qəza” mövzusunu tam mənada anlamamız çox çətin olar.

Sözügedən kəlmə ana dilimizə ərəb dilindən keçib. Onun kökünü “qdr” təşkil edir. “Miqdar” sözü də bu kökdən yaranıb. “Azərbaycan dilinin izahlı lüğəti”ndə yazılanlardan belə anlaşılır ki, “qədər” və “miqdar” kəlmələri sinonimdirlər. Say və əvəzliklə birlikdə işləndikdə qeyri-müəyyən say (ölçü) bildirirlər. Lakin “qədər” kəlməsinin “tale”, “alın yazısı” anlamları daşıdığı da məlumdur. Belə hesab edilir ki, miqar, ölçü anlamında işlənən “qədər” kəlməsi ilə “tale”, “alın yazısı” anlamında işlənən “qədər” kəlmələri arasında heç bir əlaqə yoxdur.

Fikrimcə, bu, yanlış fikirdir. Çünki insanların il, ay, gün, saat, dəqqiqə və saniyə kimi zaman ölçüləriylə ifadə edilən doğum və ölüm tarixləri, eləcə də doğumla ölüm arasında yenə eyni ölçülərlə ifadə edilən bir ömür yolu vardır. Yəni insan taleyi (qədər), istər-istəməz, ölçülərlə (qədər) birbaşa və sıx bağlıdır.
Qədər” və “Qəza” kəlmələrinin leksik anlamları
Qeyd etdik ki, eyni kökdən və sinonim olan “qədər” və “miqdar” kəlmələri say və əvəzliklə birlikdə işləndikdə qeyri-müəyyən sayı (ölçü) bildirirlər. “Azərbaycan dilinin izahlı lüğəti”ndə buna “bir qədər”, “bu qədər”, “bir o qədər” kimi sözbirləşmələri misal kimi təqdim edilir. Eyni zamanda S. Ə. Şirvanidən aşağıdakı sitat misal gətirilir:

Bir qədər pul ki, etdilər saman,




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin